BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdi beynəlxalq olimpiadada bürünc medal qazanıb
25/06/2026
19–22 iyun tarixlərində Moskva şəhərində keçirilən II Beynəlxalq Açıq Coğrafiya Olimpiadasında (II International Open Geography Olympiad) Bakı Dövlət Universitetinin nəzdində “Gənc istedadlar” liseyinin şagirdi uğurlu nəticə göstərib.
25 ölkədən 125 məktəblinin iştirak etdiyi beynəlxalq olimpiadada liseyin IX sinif şagirdi Məhəmməd Abdulla bürünc medala layiq görülüb.
Beynəlxalq Açıq Coğrafiya Olimpiadası məktəblilərin coğrafiya sahəsində nəzəri biliklərinin, analitik düşünmə və tədqiqat bacarıqlarının qiymətləndirilməsi, istedadlı şagirdlərin müəyyənləşdirilməsi və onların beynəlxalq elmi mühitə inteqrasiyasının təşviqi məqsədilə təşkil olunur.

Xəbərlər
BDU əməkdaşları üçün “Stresin idarə edilməsi” mövzusunda təlim keçirilib
BDU əməkdaşları üçün “Stresin idarə edilməsi” mövzusunda təlim keçirilib
BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər
BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər
BDU-da "İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası - 2026" layihəsinin ilk sessiyaları keçirilib
BDU-da "İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası - 2026" layihəsinin ilk sessiyaları keçirilib
