BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdlərindən növbəti uğur

19/05/2023

Bakı Dövlət Universitetinin (BDU) nəzdində “Gənc istedadlar” liseyinin 4 şagirdi ənənəvi olaraq hər il ABŞ-da keçirilən ISEF Beynəlxalq Elm və Mühəndislik Sərgisində iştirak edib.

Liseyin “Sabahın alimləri” XII respublika müsabiqəsinin qalibləri olan şagirdləri -  Misir Hüseynli və Ayşan Hacıyeva fizika və astronomiya, Ayaz Ömərli və Ömər İbrahimov kimya istiqaməti üzrə mayın 13-dən 19-dək ABŞ-ın Texas ştatının Dallas şəhərində ISEF Beynəlxalq Elm və Mühəndislik Sərgisində öz layihələrini təqdim ediblər.

Liseyin şagirdləri Ayşan Hacıyeva və Misir Hüseynli ölkəmizi müsabiqədə uğurla təmsil edərək Çin Elm və Texnologiya Assosiasiyası (China Association for Science and Technology) tərəfindən xüsusi mükafata (1200 $) və sertifikata layiq görülüblər.

Şagirdlərimizi təbrik edir və daha böyük uğurlar arzulayırıq.

Xəbərlər

BDU əməkdaşları üçün “Stresin idarə edilməsi” mövzusunda təlim keçirilib

BDU əməkdaşları üçün “Stresin idarə edilməsi” mövzusunda təlim keçirilib
13/11/2026

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər
13/11/2026

BDU-da "İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası - 2026" layihəsinin ilk sessiyaları keçirilib

BDU-da "İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası - 2026" layihəsinin ilk sessiyaları keçirilib
13/11/2026