BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin dünyanın beş nüfuzlu universitetinə qəbul alan məzunu

23/08/2023

Bakı Dövlət Universiteti (BDU) nəzdində “Gənc istedadlar” liseyinin məzunu Murad Novruzov dünyanın nüfuzlu ali təhsil müəssisələri olan  Kanadanın MakQil Universitetinin kompüter elmləri ixtisasına qəbul olub.

Murad Novruzov həmçinin Kanadanın Toronto və Britaniya Kolumbiyası Universitetiləri, Koreyanın Qabaqcıl Elm və Texnologiya İnstitutu (KAIST) və Belçikanın Löven Katolik Universitetinə də qəbul alıb.

Murad Novruzov Beynəlxalq Tələbə Təqaüdünün də qalibidir. Onun təhsil aldığı müddətdə  alacağı təqaüd məbləği 80.000 ABŞ dolları (illik 20 000 ABŞ dolları olmaqla) təşkil edir.

Qeyd edək ki, Murad Novruzov 2021-ci ildə “Sabahın alimləri” X Respublika müsabiqəsində Riyaziyyat nominasiyası üzrə II yerə layiq görülüb.  “Gənc istedadlar” liseyini qızıl medalla bitirib.

Muradı təbrik edir, gələcək təhsil həyatında uğurlar arzulayırıq!

Xəbərlər

BDU Özbəkistanın ali təhsil və elmi-tədqiqat müəssisələri ilə əməkdaşlığı genişləndirir

BDU Özbəkistanın ali təhsil və elmi-tədqiqat müəssisələri ilə əməkdaşlığı genişləndirir
25/08/2026

BDU-ya qəbul olunanların nəzərinə!

BDU-ya qəbul olunanların nəzərinə!
25/08/2026

BDU-nun tələbəsi adını qazanan şəhid övladları

BDU-nun tələbəsi adını qazanan şəhid övladları
25/08/2026