BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdi 53-cü Beynəlxalq Kimya Olimpiadasında bürünc medal qazanıb

03/08/2021

25 iyul - 2 avqust 2021-ci il tarixlərində onlayn formatda məktəblilərin 53-cü Beynəlxalq Kimya Olimpiadası (IChO) keçirilib. 79 ölkədən 312 məktəblinin qatıldığı olimpiadada ölkəmiz 4 məktəbli ilə təmsil olunub. Olimpiadada Azərbaycan məktəbliləri növbəti uğura imza atıblar.
Belə ki, Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin XI sinif şagirdi Xanım Yaqublu, Təhsil nazirliyinin birbaşa tabeliyində olan Gəncə şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin X sinif şagirdi Məhsəti Piriyeva, Astara rayonu Pensər kənd Z.Ə.Əhmədzadə adına 2 nömrəli məktəb-liseyin X sinif şagirdi Salman Hüseynov və BDU-nun nəzdində "Gənc istedadlar" liseyinin X sinif şagirdi Nəriman Şirinli bürünc medala layiq görülüb.
Qabibləri təbrik edir və yeni nailiyyətlər arzulayırıq!

Xəbərlər

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub
14/11/2026

BDU əməkdaşları üçün “Stresin idarə edilməsi” mövzusunda təlim keçirilib

BDU əməkdaşları üçün “Stresin idarə edilməsi” mövzusunda təlim keçirilib
13/11/2026

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər
13/11/2026