BDU-nun nəzdində İqtisadiyyat və Humanitar Kollec yeni tədris ilinə hazırdır

17/09/2021

BDU-nun rektoru Elçin Babayev BDU-nun nəzdində İqtisadiyyat və Humanitar Kollecdə yeni tədris ilinə hazırlıqla bağlı görülən işlər, həyata keçirilən yeniliklərlə tanış olub. Kollecin direktoru Səhər Orucova yeni tədris ilinə hazırlıq, tədrisin keyfiyyətinin artırılması istiqamətində görülən işlər, ərazidə aparılan yenidənqurma və abadlıq işləri, eləcə də kollecdə xüsusi karantin rejimi dövründə tədrisin təşkili üçün zəruri olan qabaqlayıcı tədbirlər haqqında məlumat verib.

Kollecdə yeni tədris ilində tədrisin keyfiyyətinin artırılması məqsədilə yeni tədris proqramlarının, dərslik və dərs vəsaitlərinin hazırlanması, kitabxananın elektronlaşdırılması, beynəlxalq əlaqələrin qurulması, BDU alimlərinin iştirakı ilə elmi seminarların, konfransların, açıq dərslərin keçirilməsi nəzərdə tutulur. Kompüter və dil kurslarında, yaradıcılıq dərnəklərində tələbələrin öz istedad və bacarıqlarını inkişaf etdirmələri üçün şərait yaradılacaqdır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 sentyabr tarixli 332 nömrəli qərarı ilə təsdiq edilmiş “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”na müvafiq olaraq Kollecdə zəruri dezinfeksiyaedici və qabaqlayıcı tədbirlər görülmüşdür. Yeni tədris ilinə hazırlıq işləri yekunlaşdırılmış, dərs otaqları, kitabxana, dəhlizlər, sanitar qovşaqlar və s. dezinfeksiya olunmuşdur. Giriş qapılarda  dezinfeksiyaedici məhlullar qoyulmuş, hərarət ölçən cihazla təmin edilmişdir. Dəhlizlərdə və otaqlarda pandemiya  ilə mübarizə posterləri yerləşdirilmişdir.

Xəbərlər

BDU-nun həmtəşkilatçılığı ilə Qubada tələbələr və şəhid-qazi övladları üçün Yay düşərgəsinin açılış mərasimi

BDU-nun həmtəşkilatçılığı ilə Qubada tələbələr və şəhid-qazi övladları üçün Yay düşərgəsinin açılış mərasimi
21/08/2026

“Bir yay, min xatirə” Yay düşərgəsi çərçivəsində təlim və sessiyalar keçirilir

“Bir yay, min xatirə” Yay düşərgəsi çərçivəsində təlim və sessiyalar keçirilir
21/08/2026

BDU-da “Fəlsəfə” fənni üzrə doktoranturaya qəbul imtahanlarında iştirak edəcək iddiaçıların nəzərinə!

BDU-da “Fəlsəfə” fənni üzrə doktoranturaya qəbul imtahanlarında iştirak edəcək iddiaçıların nəzərinə!
20/08/2026