BDU-nun nəzdində İqtisadiyyat və Humanitar Kollecdə Anım Günü ilə bağlı tədbir keçirilib

29/09/2021

Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecdə 44 günlük Vətən müharibəsi qəhrəmanlarının anım mərasimi keçirilib.

Tədbirdə çıxış edən Kollecin direktoru professor Səhər Orucova 2020-ci il sentyabrın 27-də Ermənistan Respublikasının ölkəmizə qarşı  növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə  Ordumuzun işğal altındakı torpaqlarımızın azad edilməsi uğrunda apardığı  Vətən müharibəsində cəsur əsgər və zabitlərimizin göstərdikləri qəhrəmanlıqlar haqqında danışıb. Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kəndin işğaldan azad edildiyini iştirakçıların diqqətə çatdırıb. Vətən müharibəsində Silahlı Qüvvələrimizin 2907 nəfər hərbi qulluqçusunun həlak olduğunu, 7 nəfərin itkin düşdüyünü, minlərlə  hərbçinin isə yaralanaraq sağlamlığını itirdiyini vurğulayaraq, şəhidlərimizə rəhmət diləyib, qazilərimizə can sağlığı arzulayıb.

Daha sonra çıxış edən Kollecin müəllimi Gülnarə Həsənova Vətən müharibəsində  Kollecin 20 məzununun iştirak etdiyini, onlardan üçünün şəhidlik zirvəsinə yüksəldiyini qeyd edib. Tovuz döyüşlərinin iştirakçısı, həmçinin 44 günlük Vətən müharibəsinin iştirakçısı, “Laçının azad olunmasına görə”, “Suqovuşanın azad olunmasına görə”, “Vətən uğrunda” medalları ilə təltif olunan Elnur Soltanov keçdiyi şərəfli döyüş yolundan, hərbçilərimizin şücaətindən söhbət açıb.

Tədbirdə Kollecin tələbələri vətənpərvərlik ruhunda şeirlər səsləndirib, mahnılar ifa ediblər.

Sonra Kollecin tələbələri Şəhidlər Xiyabanını ziyarət ediblər.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024