BDU-nun professor-müəllim heyəti və tələbələri beynəlxalq açıq məlumat bazalarından istifadə edə biləcəklər

15/09/2020

Yeni tədris ilinin onlayn formada başlaması ilə əlaqədar BDU-nun Elmi Kitabxanası professor-müəllim heyəti və tələbələrin informasiya tələbatını ödəmək məqsədilə bir çox beynəlxalq açıq məlumat bazalarına giriş əldə edib. Elmi Kitabxana respublikanın ali məktəb kitabxanalarının metodiki mərkəzi olduğundan, kitabxananın "Metodiki iş və əməkdaşlıq" şöbəsi bu açıq məlumat bazalarına digər ali məktəb kitabxanalarının da girişini təmin edib. Məlumat bazalarına Elmi Kitabxananın veb səhifəsindən müvafiq bannerin üzərinə klik etməklə və ya tammətnli məlumat bazaları rubrikası ilə daxil olmaq mümkündür.

Bazada yer alan “European Books Limited” (İngiltərə, London) - Avropa kitabları şirkətinin ali məktəblər üçün 180 000 təqaüd qrantları və  290 000 ali məktəb proqramlarının məlumat və istinad arxivinə giriş açıqdır. www.EduFundingIndex.com/login www.EduProgramsIndex.com/login.

“EBSCO Open Dissertations” bazası müxtəlif elm sahələrinə dair, müxtəlif dillərdə dissertasiyalardan açıq istifadə etmək imkanı verir. https://biblioboard.com/opendissertations.

“Polpred.com” - işgüzar kütləvi informasiya vasitələri elektron kitabxana sistemi rubrikatorlu məlumat bazası olaraq gündəlik minlərlə xəbər, rus dilində tam mətnlər, 20 il ərzində informasiya agentliklərinin və işgüzar mətbuatın 4 milyon süjeti, 110 sahə və altsahə, 250 ölkə, ərazi və region, 600 mənbə, 170000 material, o cümlədən 90000 müəllif məqaləsi, 30000 min şəxsin müsahibəsi geniş axtarış imkanlarını, bir kliklə yüzlərlə məqalənin Word-ə eksport edilməsi və s. təqdim edir. https://polpred.com/news

Xəbərlər

BDU-nun akademik və inzibati heyətinin nəzərinə!

BDU-nun akademik və inzibati heyətinin nəzərinə!
28/03/2024

Ötən il BDU-nun Tarix fakültəsinin əməkdaşlarının 4 dərslik və 15 dərs vəsaiti dərc olunub

Ötən il BDU-nun Tarix fakültəsinin əməkdaşlarının 4 dərslik və 15 dərs vəsaiti dərc olunub
28/03/2024

BDU-nun Sosial elmlər və psixologiya fakültəsində 2024-2026-cı illərdə aparılacaq elmi tədqiqat işləri müzakirə olunub

BDU-nun Sosial elmlər və psixologiya fakültəsində 2024-2026-cı illərdə aparılacaq elmi tədqiqat işləri müzakirə olunub
28/03/2024