BDU-nun professor-müəllim və tələbə heyətinin sağlamlığına xidmət edən poliklinika

14/04/2017

30 nömrəli şəhər poliklinikası 1990-cı ildən Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərir. Poliklinikanın əsas fəaliyyəti  müəllimlərə və tələbələrə tibbi xidmət göstərməkdir.  Poliklinikada 19 həkim, 18 orta tibb  işçisi fəaliyyət göstərir.  Poliklinikada laboratoriya, terapiya, oftalmologiya, fizioterapiya, cərrahiyyə, stomatologiya və digər otaqlar var. Burada  Ultrasəs müayiəsi aparatı, Fizioterapevtik aparatlar, stomotoloji və digər aparatlar vasitəsilə xəstələrin müayinəsi həyata keçirilir.  Laboratoriya qanın müayinəsi və bütün analizlər aparılır.

Poliklinikada  çalışan həkimlərin hər biri  5 ildən bir kurs keçir. Təkmilləşmə üzrə kursdan keçəndən sonra həkimlər imtahan verərək sertifikat alırlar. Sertifikat 5 il müddətinə onların fəaliyyətinə imkan verir. Hər 5 ildən bir bu, təkrar olunur.

Poliklinika  Bakı Baş Səhiyyə İdarəsi tərəfindən dərman məhsulları ilə təmin olunur.

Xəstə poliklinikaya gələ bilmədikdə bir həkim və bir tibb bacısı xəstə olan yerə gedir, onu lazımi müayinələrdən keçirir, sonra müalicəsiylə məşğul olur.

Poliklinikanın baş həkimi Tamilla Əliyeva qeyd edir ki, birinci kursa qəbul olmuş tələbələr müayinədən keçirilir. Bu müayinə sentyabr ayından başlayıb dekabrın sonuna qədər davam edir. Bəzən “Sağlam həyat” devizi altında ümumi müayinələr də keçirilir ki, bu müayinələr həmçinin yuxarı kurslara da şamil edilir. Bu müayinələrdən əlavə tələbələr və müəllimlər ayrı-ayrılıqda poliklinikaya müraciət edirlər.

 

Tələbənin xəstə olduğu halda hansı tədbirlər həyata keçirilir?

Baş həkim Tamilla Əliyeva danışır: “Burada həmin xəstələr müalicə alır, həkimlər onları dispanser qeydiyyatına götürür. Yəni ildə 2 dəfə onlar xəstəlikləriylə əlaqədar olaraq həkimə müraciət edir və aidiyyatı olan dərmanları qəbul edirlər. Poliklinikaya tələbələrə görə dərmanlar verilir. Yəni, Bakı Baş Səhiyyə İdarəsi poliklinikanı dərman vasitələriylə təmin edirlər. Tələbə baş, ürək ağrısı, bəzən mədə pozuntusundan şikayətləndiyi vaxtlarda, biz ilk yardım kimi həmin dərmanlardan istifadə edirik.

Poliklinikada bütün tələbələrin müraciətinə baxılırmı?

Terapevtlərin fəaliyyətləri fakültələr üzrə bölünür. Bir həkim beş fakültəyə xidmət göstərir. Hal-hazırda 4 terapevtimiz var.  Bütün fakültələr də bu terapevtlər arasında bölünüb. İl ərzində hər bir sahədə, profildə işləyən həkimlərin özlərinin despanserizasiya jurnalı olur ki, bu jurnalda özləri təyin etdikləri, ilk dəfə aşkar olunan xəstəlikləri dispanser qeydiyyatına götürürlər. Qeydiyyata götürülən həmin xəstələr 4 il ərzində bizim həkimlərə müraciət edir, müayinə və müalicə olunurlar.  BDU-nun rektoru, akademik Abel Məhərrəmov poliklinikanı tibbi avadanlıqla təmin edib. Bu baxımdan, biz heyət olaraq universitetin əməkdaş və tələbələrinin xidmətində dururuq.

Hansı fakültələrdən müraciətlər çox olur?

Poliklinikanın otaqlarından biri də oftalmoloji kabinetdir. Bu kabinetdə reftoktametriya, vizometriya, biomikroskopda müayinə , tonometriya prosedurları aparılır. Oftalmoloq həkim Rəna Mehdiyeva gün ərzində bu kabinetə təxminən  10-a yaxın tələbənin müraciət etdiyini, tələbələrin əsas şikayətinin görmə şikayəti - Miopia  və hipermetropiaya ilə bağlı olduğunu qeyd edir. Əsas şikayətlər Mexanika-riyaziyyat, Tətbiqi-riyaziyyat və kibernetika fakültələrinin tələbələrindən olur. Aşkar olunmuş xəstəlik ağırdırsa,  tələbə dispanser qeydiyyatına götürülür və 6 aydan bir müayinə olunur. Qeyd edim ki, tələbələr əsasən yaxıngörmə problemi ilə üzləşirlər. Biz onlara məsləhət də veririk, müayinə və müalicə də tətbiq edirik.

Hansı tibbi avadanlıqlardan istifadə edilir?

İstifadə olunan aparatlardan biri Refraktometrdir. Əsas refraksiyanı, yaxındangörməni və uzaqdan görməni bununla təyin edirik. Digər tibbi avadanlığımız Biomikroskopdur. Bununla gözün ön seqmentlərinin, gözün ön şöbələrinin müayinəsi təyin olunur. Bunlardan əlavə, göz təzyiqini ölçmək və göz dibinin müayinəsi üçün də aparatlarımız var. Aparatlarımız çox müasir səviyyədədir. Bir çox poliklinikalarda rast gələ bilməyəcəyiniz aparatlarımız var.

Fizioterapiya, Ultra səs, Revmatoloq

Fizioterapevt  Əzizə Hacıyeva poliklinikanın otaqlarından biri olan Fizioterapiya otağına gün ərzində 2-3 xəstənin müraciət etdiyini, ən çox xəstələrin göndərişlə gəldiyini, əsasən, Travma, Artroz, Artrit, Bel fəqərələrinin radikuliti, Varikoz damar genişlənməsi, Haymorit, Rinit xəstəlikləriylə bağlı müraciətlərin olduğunu qeyd edir.

Bu otaqdaYüksəktezlikli cərəyan aparatı, Ultrasəs terapiya aparatı və digər bir sıra tibbi avadanlıqlardan istifadə olunur.

Ultra səs müayinəsi həkimi Aqilə Zeynalova qeyd edir ki, Ultra səs müayinəsi üçün gün ərzində ən azı 5-6 xəstə müraciət edir. Burada qarın boşluğuna baxılır, kişilərdə prostat vəzilərini yoxlanılır, xəstələr qeyd edilir, sonrakı yoxlanışda onların xəstəliklərində hansı dəyişikliklərin olduğu müəyyən olunur.

Poliklinikanın kabinetlərindən biri də Revmatoloji kabinetdir. Revmatoloq həkim Sevinc Höccətova xəstələrin müraciətinin dəyişdiyini, gün ərzində minimum 4-5 nəfərin müraciət etdiyini qeyd edir.          Revmatoloq həkim onu da qeyd edir ki, tələbələrin revmatizma, yaşlı kollektivin isə artrozla bağlı müraciətləri daha çox olur.

 

Stomatoloq, kardioloq və diaqnozlar

 

Stomatoloji kabinetə isə gün ərzində 5-6 nəfər xəstə müraciət edir. Kabinetdə 2 stomatoloq fəaliyyət göstərir. Stomatoloqlar  Sona Kərimova və Günel Sultanova bildirir ki,  kabinetdə damaq xəstəlikləri və dişləri müalicəsi həyata keçirilir, plomb qoyulur.

Həkim-kardioloq Jalə Abbasova bildirir ki, Kardioloji kabinetdə müəllim və tələbələrin EKQ müayinəsi həyata keçirilir, onların diaqnozu və müayinəsi müəyyən olunur. Kabinteə gün ərzində 5-10 xəstə müraciət edir. Tələbələrdə ritm pozğunluğu, sinus taxikardiyası, anadangəlmə ürək qüsurları, sinus aritmiyası kimi xəstəliklərə, yaşlı nəsildə isə arterial hipertoniya, atreoskleroz, işemiya kimi xəstəliklərə rast gəlinir.

Laboratoriya otağı, “Gənc istedadlar” liseyində tibbi kabinet

Poliklinikada Laboratoriya otağı da var. Laborant-həkim Esmira Sadıqovanın sözlərinə görə, poliklinikanın laboratoriyasında biokimyəvi və klinik analizlər aparılır. Biokimyəvi analizdə revmatizm, triqliseredlər, xolesterin, şəkər, ALAT, ASAT, hormonlar, kliniki analizlərdə isə qanın ümumi analizi, hemoqlaben, roye, nəcis, sidik və leykositlər yoxlanılır. Həmçinin, laboratoriyada malyariya xəstəliyinin yoxlanılması da həyata keçirilir. Burada qanın ümumi analizi üçün, hormonları yoxlamaq üçün və digər bu kimi tibbi avadanlıqlardan istifadə olunur.

Bakı Dövlət Universitetinin nəzdində 2008-ci ildən fəaliyyət göstərən “Gənc istedadlar” liseyində poliklinikanın tibbi kabineti təşkil olunub. Tibbi kabinetdə fəaliyyət göstərən poliklinikanın həkimi və tibb bacısı liseydə təhsil alan şagirdlər arasında tibbi müayinə aparır və peyvəndlər vuraraq infeksion xəstəliklərin qarşısını alırlar.

Bir sözlə, Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən 30 saylı şəhər poliklinikası professor-müəllim və tələbə heyətinin sağlamlığının qorunmasına xidmət edir.

Tərlan Yusif

Xəbərlər

Ən böyük azərbaycanlı – Ümummilli Lider Heydər Əliyev

Ən böyük azərbaycanlı – Ümummilli Lider Heydər Əliyev
12/12/2024

“BDU könüllüləri” və Psixoloji yardım sektoru “Kitabın sirri” adlı görüş keçirib

“BDU könüllüləri” və Psixoloji yardım sektoru “Kitabın sirri” adlı görüş keçirib
11/12/2024

BDU-nun Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzində “Data Science” təlimlərinə başlanılıb

BDU-nun Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzində “Data Science” təlimlərinə başlanılıb
11/12/2024