BDU-nun professoru beynəlxalq konfransa sədrlik edib

04/04/2019

01-03 aprel  2019-cu il tarixlərində  Bakı şəhərində Multidisiplinar  Fənlər və Təhsil üzrə Tətbiqi Araşdırmalar mövzusunda beynəlxalq konfrans (ARİCME 2019) keçirilib.

Konfrans bu sahədə çalışan tədqiqatçılar üçün bir platforma təmin etmək və müvafiq yollar üzərində müzakirələr aparmaq məqsədilə elm adamlarını bir araya gətirib.

Konfransda maliyyə, iqtisadiyyat, marketinq, biznes etikası, hüquq və menecment, turizm, incəsənət, xarici dillər, beynəlxalq münasibətlər, jurnalistika, riyaziyyat sahələri üzrə akademiklər, tədqiqatçılar, təcrübəçilər və tələbələr iştirak ediblər.

Konfransın sədri Bakı Dövlət Universitetinin Ümumi fizika və fizikanın tədrisi metodikası kafedrasının professoru Nazim Nəsrullayev olub.  O, konfransın plenar iclasında açılış nitqi ilə çıxış edib, onun işinə uğurlar arzualyıb.

Konfransın sonunda iştirakçılara sertifikatlar verilib, Təşkilat Komitəsi tərəfindən professor Nazim Nəsrullayevə isə təşəkkürnamə təqdim edilib.

Qeyd edək ki, konfransın saytında Bakı Dövlət Universitetinin tarixi, inkişafı və beynəlxalq əlaqələri haqqında məlumat yerləşdirilib.

Mətbuat və informasiya şöbəsi, 03 aprel 2019-cu il.

Xəbərlər

BDU-nun əcnəbi tələbələri dekolonizasiya prosesində gənclərin şəhərsalmada roluna dair beynəlxalq konfransda

BDU-nun əcnəbi tələbələri dekolonizasiya prosesində gənclərin şəhərsalmada roluna dair beynəlxalq konfransda
22/05/2026

BDU QS və İngiltərənin Ekseter Universitetinin birgə təşəbbüsü olan “Future17” layihəsinə qoşulub

BDU QS və İngiltərənin Ekseter Universitetinin birgə təşəbbüsü olan “Future17” layihəsinə qoşulub
22/05/2026

BDU tələbələri arasında məqalə müsabiqəsi: “Professor Nəsir İmanquliyev dərsləri”

BDU tələbələri arasında məqalə müsabiqəsi: “Professor Nəsir İmanquliyev dərsləri”
22/05/2026