BDU-nun professoru beynəlxalq yığıncaqda iştirak edib

18/09/2015

Bakı Dövlət Universitetinin Fizika fakültəsinin dekanı professor Məhəmmədəli Ramazanov Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) nüvə enerjisinin dinc məqsədlər üçün istifadəsi məqsədi ilə Şərqi Avropa və Orta Asiya ölkələrinin vahid təhsil şəbəkəsinin STAR-NET(Regional Network for Nuclear Education and Training in Nuclear Technology)  yaradılması ilə bağlı keçirilmiş  təsis yığıncağının işində iştirak edib.TədbirdəMDB məkanından 6 ölkənin 12 universitetinin nümayəndəsi, Beynəlxalq Atom Enerjisi Agentliyinin ekspertləri iştirak ediblər. Təntənəli imzalanma mərasimində BAEA direktor müavini və Nüvə Enerjisi Departmentinin rəhbəri  Mixail Çudakov STAR-NET şəbəkəsinin yaradılmasının əhəmiyyətindən danışaraq bildirib ki, belə bir şəbəkənin yaradılmasının xüsusi əhəmiyyəti var və  BAEA bu layihəni dəstəkləyir və qeyd edib ki, bu ölkələrdə nüvə enerjisinin dinc məqsədlər üçün istifadəsi üçün vahid təhsil şəbəkəsinin yaradılmasının xüsusi əhəmiyyəti var. Bu şəbəkəyə qoşulan ölkələr onun bütün resurslarından istifadə edəcəklər. Beynəlxalq Atom Enerjisi Agentliyinin  direktor müavini Mixail Çudakov onu da vurğulayıb ki, hal hazırda İAEA-nın nəzarəti ilə fəaliyyət göstərən bu cür 3 şəbəkə mövcuddur və bu şəbəkənin üzvü olan ölkələr onun imkanlarından istifadə edirlər. Görüşdə Regional Şəbəkənin əsasnaməsinin layihəsinin bəzi maddələri,  strukturu və fəaliyyət mexanizmi müzakirə edilib. Yığncaqda STAR NET-in Prezidenti və 6 nəfərdən ibarət Rəyasət Heyətinin üzvləri seçilib. Azərbaycandan STAR-NET təhsil şəbəkəsinin Rəyasət heyətinə Fizika fakültəsinin dekanı, professor Məhəmmədəli Ramazanov da seçilib. STAR-NET şəbəkəsinin rəsmiləşməsi məqsədi ilə işçi qrup hüquqi sənədləri 2015-ci ilin sonuna kimi qeydiyyatdan keçilməsi üçün Avstriyanın  müvafiq orqanlarına təqdim edəcəklər. Səfər zamanı professor Məhəmmədəli Ramazanov Bakı Dövlət Universitetində Nüvə fizikası və texnologiyası istiqamətində tədrisi inkişaf etdirmək və Azərbaycanda Nüvə Mərkəzində çalışmaq üçün mütəxəssislər hazırlamaq məqsədi ilə Atom Elektrik stansiyasının trenajorunun BDU-ya gətirilməsi və qurulma mexanizmi ilə əlaqədar BAEA-nın ekspertləri ilə görüşüb və müzakirələr aparıb.

Mətbuat və informasiya şöbəsi, 18 sentyabr 2015-ci il.

Xəbərlər

21 fevral – Beynəlxalq Ana Dili Günüdür

21 fevral – Beynəlxalq Ana Dili Günüdür
21/02/2025

BDU-nun 7 tələbəsi SOCAR-ın “Gənc İstedadlar Proqramı”ında iştirak edəcək

BDU-nun 7 tələbəsi SOCAR-ın “Gənc İstedadlar Proqramı”ında iştirak edəcək  
21/02/2025

BDU-da Beynəlxalq Ana Dili Günü qeyd olunub

BDU-da Beynəlxalq Ana Dili Günü qeyd olunub
21/02/2025