BDU-nun professoru Həmid Vəliyev “Qandi” kitabını Azərbaycan dilinə tərcümə edib

28/06/2018

Tarix, menecment və biznesin idarə edilməsi barədə bestsellerlər müəllifi kimi tanınan amerikalı tədqiqatçı-alim Alan Akselrodun “Qandi” kitabı “Qanun” nəşriyyatında çapdan çıxıb. Bakı Dövlət Universitetinin Beynəlxalq jurnalistika kafedrasının müdiri, professor Həmid Vəliyev adıçəkilən kitabı tərcümə edib.

Kitabda  Hindistan milli-azadlıq hərəkatı rəhbərlərindən biri olan Mahatma Qandinin rəhbərlik təcrübəsi tədqiq edilərək liderlərə tabeliklərində olanları idarə etmək, uğurlu islahatlar aparmaq və yüksək nəticələr qazanmaq üçün faydalı ola biləcək 100 dərs təqdim edilib. Liderlərə istiqamət verən və onları uğur qazanmağa ilhamlandıran 14 qanundan bəhs edilir. Bunlar “Qərarlar”, “Ya fəaliyyət, ya ölüm”, “Qeyri-əməkdaşlıq ruhu”, “Hər bir şəxsə pay verməli”, “Bilik və təcrübə”, “Təcəssüm”, “Nümunəvi möcüzələr”, “Qeyri-zorakı rəhbərlik”, “Prinsiplər və praqmatizm”, “Zülmkarlığa “yox”, məsuliyyətə “hə”, “Yenidən qiymətləndirmə inqilab kimi”, “Öyüd inandırma vasitəsidir”  adlı hissələrdən ibarətdir.

Bu, A.Akselrodun professor Həmid Vəliyevin tərcüməsində Azərbaycan oxucusuna çatdırılan ikinci kitabıdır. Onun tərcüməsi ilə  “Yuli Sezar” kitabı 2015-ci ildə çapdan çıxmışdı.

Qeyd edək ki, tədqiqatçi-alim Alan Akselrod bu mövzuya dair 80 kitabın müəllifidir. CNN, CNBC, FOX, MSNBC telekanallarının, o cümlədən NPR-in daimi qonağı olan A.Akselrodun kitabları barədə “Fortune”, “Men’s Health” və “USA Today” kimi nəşrlərdə  yazılar dərc olunur.

Mətbuat və informasiya şöbəsi, 28 iyun 2018-ci il


Xəbərlər

BDU Çinin Liaodong Universiteti ilə əməkdaşlığa başlayır

BDU Çinin Liaodong Universiteti ilə əməkdaşlığa başlayır
23/07/2026

BDU və Əl-Fərabi adına Qazax Milli Universitetinin birgə ikili diplom proqramı üzrə məzunların buraxılış mərasimi

BDU və Əl-Fərabi adına Qazax Milli Universitetinin birgə ikili diplom proqramı üzrə məzunların buraxılış mərasimi
23/07/2026

BDU-HUJI ikili diplom proqramı üzrə qəbul elan edir!

BDU-HUJI ikili diplom proqramı üzrə qəbul elan edir!
23/07/2026