BDU-nun professoru Mikayıl Cəfərov vəfat edib

01/01/2026

Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin Rus dili kafedrasının professoru Mikayıl Cəfərov vəfat edib.

Mikayıl Cəfərov 1939-cu il iyulun 7-də Gürcüstanda anadan olub. 1950-1956-ci illərdə Qazaxıstanın Cambul rayon orta məktəbində təhsil alıb. 1956-1960-cı illərdə Marneuli rayonu Şulaveri qəsəbə orta məktəbində təhsilini davam etdirib. 1961-1962 və 1966-1969-cu illərdə M.F.Axundzadə adına Azərbaycan Pedaqoji Dillər İnstitutunda (APDİ) təhsil alıb. 1980-ci ildə “XVIII-XX əsrlər rus dilində mürəkkəb sifətlər” mövzusunda dissertasiya müdafiə edib və filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. 1969-1979-cu illərdə APDİ-də laborant və müəllim vəzifələrində çalışıb. 1979-cu ildən BDU-da fəaliyyət göstərib. 1979-1984-cü illərdə BDU-nun Rus dilçiliyi kafedrasında baş müəllim, 1984-2024-cü illərdə Rus dili (təbiət fakültələri üzrə) kafedrasının müdiri olub. 2024-cü ildən isə kafedranın professoru kimi fəaliyyət göstərirdi. O, 2006-2016-cı illərdə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının eksperti olub.

Mikayıl Cəfərov 1984-cü ildə dosent elmi adını alıb. 1998-ci ildə “XVII-XX əsrlər rus dilində mürəkkəb sözlərin struktur-semantik inkişafı” mövzusunda dissertasiya müdafiə edib və filologiya elmləri doktoru elmi dərəcəsi, 2004-cü ildə professor elmi adını alıb. Tədqiqat sahəsi rus dilçiliyi, rus dili və rus dilinin tədrisi metodikası olub.

O, 2009-cu ildə “Əməkdar müəllim” fəxri adı, 2019-cu ildə isə "Tərəqqi" medalı ilə təltif olunub.

BDU rəhbərliyi və kollektivi professor Mikayıl Cəfərovun vəfatından kədərləndiyini bildirir, ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin!

Xəbərlər

İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciəti

İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciəti
01/01/2026

BDU-nun professoru Mikayıl Cəfərov vəfat edib

BDU-nun professoru Mikayıl Cəfərov vəfat edib BDU-nun professoru Mikayıl Cəfərov vəfat edib BDU-nun professoru Mikayıl Cəfərov vəfat edib
01/01/2026

Milli birlik və həmrəylik bayramı

Milli birlik və həmrəylik bayramı
31/12/2025