BDU-nun professoru Nisbət Mehdiyeva “Mərkəzi Asiya və Qazaxıstan köçəriləri” mövzusunda məruzə edib

24/11/2015

Əl-Fərabi adına Qazaxıstan Milli Universitetində “Tarixin dönəmində xalq” adlı dövlət proqramı çərçivəsində “Nəzəri-metodoloji yanaşma və Mərkəzi Asiyanın ənənəvi sivilizasiyalarının öyrənilməsi problemi” mövzusunda beynəlxalq elmi-nəzəri konfrans keçirilib. Konfrans  köçərilərin dövlətçilik problemləri, onların hüquqlarının öyrənilməsi, Qazax xanlığının yaranması və Mərkəzi Asiya xalqlarının ərazisinin formalaşmasına həsr edilib. Qazaxıstan, Rusiya, ABŞ, Türkiyə və Azərbaycandan olan alimlər Avrasiya və Mərkəzi Asiyanın siyasi, sosial-iqtisadi və etnik-mədəni inkişafı kontekstində ənənəvi sivilizasiyaların öyrənilməsi ilə bağlı fikirlərini bildiriblər.  Konfransın işinin əsas istiqamətləri Mərkəzi Asiya tarixində köçəri və oturaq sivilizasiyalar arasında qarşılıqlı əlaqə və təsir problemlərinin müzakirəsi olub və BDU-nun tarix fakültəsinin  professoru  Nisbət Mehdiyeva “Mərkəzi Asiya və Qazaxıstan köçəriləri (XIX-XX əsrin əvvəlləri)” mövzusunda məruzə ilə çıxış edib.

Mətbuat və informasiya şöbəsi, 24 noyabr 2015-ci il.

Xəbərlər

Abituriyentlərin nəzərinə: BDU-da 75 ixtisas üzrə qəbul aparılacaq

Abituriyentlərin nəzərinə: BDU-da 75 ixtisas üzrə qəbul aparılacaq
04/08/2025

Xalq yazıçısı, BDU-nun Himayəçilər Şurasının üzvü Elçin Əfəndiyev vəfat edib

Xalq yazıçısı, BDU-nun Himayəçilər Şurasının üzvü Elçin Əfəndiyev vəfat edib
03/08/2025

Ana dilimiz – milli sərvətimiz, iftixarımız

Ana dilimiz – milli sərvətimiz, iftixarımız
01/08/2025