BDU-nun professoru onlayn beynəlxalq konfransda iştirak edib

29/10/2020

Bakı Dövlət Universiteti Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunun baş elmi işçisi, professor Mais Süleymanov "Nüvə fizikası və elementar zərrəciklər fizikası. Nüvə fizikası texnologiyaları" adlı (LXX International conference "NUCLEUS - 2020. Nuclear physics and elementary particle physics. Nuclear physics technologies") 70-ci beynəlxalq onlayn konfransda iştirak edib.

Mais Süleymanov konfransda “Böyük Adron Kollayderinin enerjilərində müşahidə olunan pT bölgələrinin mənası, bölgələrin bəzi xüsusiyyətləri” (“The meaning behind observed pTregions at the LHC energies, some properties of the regions”) adlı məruzə ilə çıxış edib.

Məruzədə bildirilib ki, Böyük Adron Kollayderində (CERN, Cenevrə) aparılan proton-proton və qurğuşun-qurğuşun toqquşmaları təcrübələrində əmələ gələn yüklü zərrəciklərin, o cümlədən neytral pionların və eta-mezonların perpendikulyar impulslarına (pT) görə paylanma əyriləri məxsusi xassələrə malik bir neçə pT bölgələrindən ibarətdir. Bu təcrübi əyrilər eksponensial funksiya vasitəsi ilə approksimasiya olunub. Fərz edilir ki, bu bölgələr partonların adronlara çevrilməsinin və çoxalmasının sim dinamikası vasitəsi ilə baş verdiyini əks etdirir. Perpendikulyar impulsların 4 QeV/c <pT< 20 QeV/c qiymətləri ilə məhdudlaşan bölgəsində simlər çox böyük sıxlığa malikdir. Ən mərkəzi toqquşmalarda simlərin sıxlıqlarının artması yeni çox böyük enerjili simin əmələ gətirməsinə səbəb ola bilər. Bu hadisə Nüvə Modifikasiya Faktorunun göstərilən bölgədə, partonlar üçün əksinə Kompton effekti hesabına kəskin azalmasını izah edə bilər. Yeni simin hansısa hər hansı kiçik enerjili partonla toqquşması nəticəsində bu parton yeni simin enerjisinin bir hissəsini ala bilər, sürətlənər və böyük pT bölgəsinə keçər. Enerjisinin böyük bir hissəsini itirmiş yeni sim kiçik enerjili partonlara və simlərə parçalanar ki, onlar da kiçik pT bölgəsinə keçər.

 

Xəbərlər

BDU-nun tərəfdaşlığı ilə növbəti BMT-nin İqlim Dəyişmələri üzrə Gənclərin Lokal Konfransı – “LCOY Azerbaijan 2026” keçirilib

BDU-nun tərəfdaşlığı ilə növbəti BMT-nin İqlim Dəyişmələri üzrə Gənclərin Lokal Konfransı – “LCOY Azerbaijan 2026” keçirilib
12/09/2026

2025/2026-cı tədris ilində 1025 tələbə BDU-nu  fərqlənmə diplomu ilə bitirib

2025/2026-cı tədris ilində 1025 tələbə BDU-nu  fərqlənmə diplomu ilə bitirib
11/09/2026

BDU-nun əcnəbi tələbəsi AIDA-nın yaradılmasının 15-ci ildönümünə həsr olunmuş konfransda təltif olunub

BDU-nun əcnəbi tələbəsi AIDA-nın yaradılmasının 15-ci ildönümünə həsr olunmuş konfransda təltif olunub
11/09/2026