BDU-nun professoru Ramiz Əskər Özbəkistan Yazıçılar İttifaqının fəxri üzvü seçilib

17/02/2020

Bakı Dövlət Universitetinin Türkologiya kafedrasının müdiri, professor Ramiz Əskərlə Özbəkistan Yazıçılar İttifaqında görüş keçirilib. Tədbirdə Ramiz Əskərin yaradıcılığından danışan, onu alim və tərcüməçi kimi xarakterizə edən Özbəkistan Yazıçılar İttifaqının sədr müavini Nodir Conuzak bildirib ki, özbək ədəbiyyatına aid 10 kitab tərcümə edən publisist 74 kitabın müəllifidir, bunun 55-i tərcümə, qalanları isə orijinal əsərlərdir.

Daha sonra sədr müavini Özbəkistan Yazıçılar İttifaqının üzvlük vəsiqəsini və qurumun fəxri diplomunu Ramiz Əskərə təqdim edib.

Tərcümə ilə bağlı gördüyü işlərdən danışan Ramiz Əskər Özbəkistan Yazıçılar İttifaqına, tədbir təşkilatçılarına göstərilən qayğı və diqqətə görə minnətdarlığını bildirib.

Ramiz Əskərin özbək ədəbiyyatından tərcümə etdiyi əsərlər sırasında Əlişir Nəvainin “Xəmsə”si, Zəhirəddin Məhəmməd Baburun “Baburnamə” və “Seçilmiş əsərləri” kitabları, Sultan Hüseyn Bayqaranın “Divan”ı, “XX əsr özbək şeiri antalogiyası” və digər kitablar də var.

Xəbərlər

Milli Gimnastika Arenasında BDU-nun möhtəşəm Məzun Günü

Milli Gimnastika Arenasında BDU-nun möhtəşəm Məzun Günü
13/06/2026

BDU-da 2025/2026-cı tədris ilini ən yüksək ÜOMG ilə bitirən məzunların adları açıqlanıb

BDU-da 2025/2026-cı tədris ilini ən yüksək ÜOMG ilə bitirən məzunların adları açıqlanıb
13/06/2026

"Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” V gənclər düşərgəsinin açılışı olub

"Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” V gənclər düşərgəsinin açılışı olub
13/06/2026