BDU-nun professoru Sevinc Hacıyevanın həmmüəllifliyi ilə “Qlobal ekoloji problemlər: Səbəblər, həlli yolları, “yaşıl” enerji” kitabı nəşr edilib

29/11/2024

Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsinin Ekoloji kimya kafedrasının müdiri, kimya elmləri doktoru, professor Sevinc Hacıyevanın həmmüəllifliyi ilə “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş “Qlobal ekoloji problemlər: Səbəblər, həlli yolları, “yaşıl” enerji” adlı kitab nəşr edilib.

Kitabda qlobal ekoloji problemlər geniş təhlil olunub, onların həlli yolları göstərilib. Birləşmiş Millətlər Təşkilatının Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) 2024-cü ildə Azərbaycanda keçirilməsi qərarının ölkəmizdə ekoloji problemlərin həllinə, "yaşıl enerji" istehsalına və istifadəsinə dövlət səviyyəsində yüksək diqqət və qayğının təsdiqi olduğu bildirilib. Kitabda həmçinin Azərbaycan dövlətinin ekoloji problemlərin həlli, "yaşıl enerji" sahəsində yürütdüyü uğurlu siyasət, qəbul etdiyi sənədlər barəsində məlumatlar da əksini tapıb.

Qlobal ekoloji problemlərin səbəbləri və həll yollarının göstərilıməsi baxımından zəngin mənbə olan kitab universitetlərin ekologiya, kimya, fizika, kimya-texnologiya, materialşünaslıq, qida mühəndisliyi istiqamətlərində təhsil alan tələbələri, doktorantlar, tədqiqatçı alimlər və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Kitabın elmi redaktoru kimya elmləri doktoru, dosent Fizuli Nəsirov, rəyçiləri kimya elmləri doktorları - professor Elşad Məmmədov, dosent Gülnarə Əhmədovadır.

Xəbərlər

BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin 70-dən çox məzunu dünyanın nüfuzlu universitetlərinə qəbul olub

BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin 70-dən çox məzunu dünyanın nüfuzlu universitetlərinə qəbul olub
04/07/2025

BDU rektoru T3 Fondunun Azərbaycan təmsilçisi və “Bilim Bakı”nın direktoru ilə görüşüb

BDU rektoru T3 Fondunun Azərbaycan təmsilçisi və “Bilim Bakı”nın direktoru ilə görüşüb
04/07/2025

BDU-da “Code8 Hackathon” keçirilib

BDU-da “Code8 Hackathon” keçirilib
03/07/2025