BDU-nun professoru STAR-NET şəbəkəsinin iclasında iştirak edib

10/10/2016

Moskva Milli Tədqiqatlar Nüvə İnstitutunda "Nüvə texnologiyası sahəsində təhsilin və kadr hazırlığının təşkili" şəbəkəsi (STAR-NET) Baş Məclisinin  genişləndirilmiş iclası keçirilib. Şəbəkənin prezidenti, Milli Tədqiqatlar Nüvə İnstitutunun rektoru Mixail Strixanov tədbir haqqında məlumat verdikdən sonra STAR-NET şəbəkəsinin üzvlüyünü təsdiq edən sertifikatları nümayəndələrə təqdim edib. Sonra şəbəkənin infrastrukturunun yaradılması barədə İcraçı direktor, professor A.N.Kosilov çıxış edib. Çıxışdan sonra şəbəkənin Beynəlxalq Atom Agentliyinin (İAEA) nüvə texnologiyası sahəsində çalışan universitetlərlə  əməkdaşlıq məsələləri müzakirə edilib. Tədbirdə Bakı Dövlət Universitetini Fizika fakültəsinin dekanı, professor Məhəmmədəli Ramazanov təmsil edib. Dəyirmi masada çıxış edən professor Məhəmmədəli Ramazanov qeyd edib ki, nüvə texnologiyasının istifadəsi bugünkü dünya üçün reallıqdır və onun nəticəsinin ümümbəşəri əhəmiyyəti var. Nüvə texnologiyasının gələcək fəsadlarını aradan qaldırmaq üçün yüksək ixtisaslı kadrlar hazırlamaq lazımdır.

Sonda Baş Məclisin protokolunun imzalanma mərasimi keçirilib. Rəsmi görüşdən sonra  Milli Tədqiqatlar Nüvə İnstitutunun Nanotexnologiya mərkəzinə ekskursiya təşkil olunub.

Qeyd edək ki, STAR-NET şəbəkəsi Beynəlxalq Atom Agentliyinin (IAEA) dəstəyi ilə 2015-ci ilin sentyabrında yaradılıb və Avstriyada rəsmi qeydiyyatdan keçib. STAR-NET regional şəbəkənin əsas məqsədi nüvə sahəsində biliklərin inkişafı, idarə edilməsi, saxlanılması, yüksəkixtisaslı insan ehtiyyatlarının yaradılması, təhlükəsiz nüvə texnologiyası sahəsində kadrların formalaşdırılmasının yaxşılaşdırılmasıdır. Şəbəkəyə 6 ölkədən 13 universitet qoşulub və Bakı Dövlət Universiteti bu şəbəkənin üzvüdür.

Mətbuat və informasiya şöbəsi,  10 oktyabr 2016-cı il.

Xəbərlər

Koreyalı diplomat BDU tələbələrinə mühazirə deyib

Koreyalı diplomat BDU tələbələrinə mühazirə deyib
23/04/2025

BDU-nun magistrantlarına Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunda innovativ tədris metodları ilə dərs keçilir

BDU-nun magistrantlarına Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunda innovativ tədris metodları ilə dərs keçilir
23/04/2025

BDU-da elmi seminar: “Həsən bəy Zərdabinin insan və ətraf mühitlə bağlı fəlsəfi baxışları”

BDU-da elmi seminar: “Həsən bəy Zərdabinin insan və ətraf mühitlə bağlı fəlsəfi baxışları”
23/04/2025