BDU-nun professoru İstanbul Universitetində mühazirələr oxuyub

06/04/2018

Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru Yeganə İsmayılova Mövlana Mübadilə Proqramı çərçivəsində Türkiyə Cümhuriyyəti İstanbul Universitetinin Ədəbiyyat fakültəsində iki həftəlik elmi ezamiyyətdə olub. Professor “Türk xalq ədəbiyyatına giriş” və “Əski türk dastanları” mövzusunda mühazirələr oxuyub, eyni zamanda, fakültənin professor-müəllim heyətinin iştirakı ilə "Türk mədəniyyət tarixinin xəzinələri" (Dede Korkud, Divan-i Lüğəti-t-Türk və Kutadqu-bilig) adlı konfransda məruzə ilə çıxış edib. 
Professor Y.İsmayılova həmçinin İstanbul Universitetinin prorektoru, professor Sedat Murad, Ədəbiyyat fakültəsinin dekanı, professor Hayati Dəvəli və professor Sefer Şenerlə görüşüb. Görüşdə universitetlərarası əlaqələrin önəmindən bəhs edilib, elm-təhsil sahəsində gələcək layihələr müzakirə edilib.
Y.İsmayılova səfər çərçivəsində Türk Ədəbiyyatı Vəqfi və Yeni Yüzyıl Universitetinin Azərbaycanın xalq yazıçısı, Yazıçılar Birliyinin sədri Anarın anadan olmasının 80 illiyi münasibəti ilə təşkil etdiyi toplantıda iştirak edib, yeni çap olunan "Kitabi-Dədə Qorqud dastanları və çağdaş Azərbaycan ədəbiyyatı” kitabını xalq yazıçısına təqdim edib.

Mətbuat və informasiya şöbəsi, 06 aprel 2018-ci il.

Xəbərlər

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb
30/10/2026

BDU-da təlim: “Karyera məqsədlərinin təyin edilməsi”

BDU-da təlim: “Karyera məqsədlərinin təyin edilməsi”
30/10/2026

BDU-da Ümumdünya Şəhərlər Gününə həsr olunmuş panel müzakirə keçirilib

BDU-da Ümumdünya Şəhərlər Gününə həsr olunmuş panel müzakirə keçirilib
30/10/2026