BDU-nun professoru vəfat edib

01/01/2021

Bakı Dövlət Universitetinin (BDU) Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi kafedrasının müdiri, tarix elmləri doktoru Fətəliyev Məmməd Böyükxan oğlu vəfat edib. 82 yaşında dünyasını dəyişən Məmməd Fətəliyev 1961-1967-ci ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsini təhsil alıb. 1973-cü ildən BDU-da pedaqoji fəaliyyətə başlayıb.

Yerli elmi nəşrlərdə dərc edilmiş 120 elmi məqalənin, 6 monoqrafiyanın, "Türkiyə,Yunanıstan və böyük dövlətlər I Dünya müharibəsi ərəfəsində və illərində", "Yunanıstan, Türkiyə və böyük dövlətlər 1919-1922-ci illərdə", "Türkiyə məsələsi və böyük dövlətləri beynəlxalq konfranslarda; Sevr Müqaviləsi" dərs vəsaitlərinin müəllifidir. Onun rəhbərliyi ilə 30-dan çox magistr dissertasiyası yerinə yetirilib, 4 elmlər namizədi hazırlanıb.

1971-ci ildə "Rəşadətli Əməyə görə" medalı ilə, 2019-cu ildə "Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)" yubiley medalı ilə təltif olunub.

Allah rəhmət eləsin!

 

 

Xəbərlər

BDU-nun Astrofizika kafedrası: “Oktyabrın ikinci yarısında Orionid meteor yağışı müşahidə olunacaq”

BDU-nun Astrofizika kafedrası: “Oktyabrın ikinci yarısında Orionid meteor yağışı müşahidə olunacaq”
12/10/2026

BDU-nun şəhid məzunu Elşən Salayevin məzarı ziyarət olunub

BDU-nun şəhid məzunu Elşən Salayevin məzarı ziyarət olunub
12/10/2026

BDU-da “Müəllim-tələbə dialoqu: rəqəmsal alətlər” mövzusunda təlim keçiriləcək

BDU-da “Müəllim-tələbə dialoqu: rəqəmsal alətlər” mövzusunda təlim keçiriləcək
12/10/2026