BDU-nun professoru vəfat edib

14/04/2021

Görkəmli alim, Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasının məsləhətçi-professoru, Əməkdar müəllim, fizika-riyaziyyat elmləri doktoru, professor  Cəfər Müseyib oğlu Quluzadə 14 aprel 2021-ci ildə, 85 yaşında vəfat etmişdir.

Cəfər Quluzadə 27 avqust 1936-cı ildə Tovuz rayonunda anadan olmuşdur. 1961-ci ildə Leninqrad (indiki Sankt - Peterburq) Dövlət Universitetini müvəffəqiyyətlə bitirib Astrofizika kafedrasında aspiranturaya saxlanılmışdır. 1966-ci ildə “Müxtəlif intensivlikli Fraunhofer xətlərinin konturları haqqında” mövzusunda namizədlik, 2003-cü ildə “Günəşin ayırd olunmuş və ayırd olunmamış spektrində zəif və orta intensivlikli Fraunhofer xətlərinin profillərinin incə quruluşunun tədqiqi” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. 1969-cu ildən BDU-nun Molekulyar fizika (indiki Optika və molekulyar fizika) kafedrasında elmi və pedaqoji fəaliyyətə başlamışdır. 1975-ci ildən BDU-nun Astrofizika kafedrasında dosent, 1991-ci ildən professor vəzifəsində çalışmışdır. 1997-2019-cu illərdə həmin kafedranın müdiri olmuşdur.

Elmi fəaliyyəti əsasən Günəş fizikası ilə əlaqədar olmuşdur. Rəhbərliyi altında 30-dan çox magistrlik dissertasiyası yerinə yetirilmiş, 2 elmlər doktoru, 6 elmlər namizədi hazırlanmışdır. 230-dan artıq elmi  məqalənin, 15-ə yaxın kitab,  dərslik və dərs vəsaitinin, 1 monoqrafiyanın müəllifidir.

1991-ci ildə Kosmosun öyrənilməsində və gənc kadrların hazırlanılmasında xidmətlərinə görə SSRİ kosmonavtika Federasiyasının diplomu ilə təltif olunmuşdur. 2001-ci ildən Avropa Astronomiya Cəmiyyətinin üzvü olmuşdur.  2009-cu ildə Əməkdar müəllim fəxri adına layiq görülmüşdür.

Görkəmli alim və müəllim Cəfər Quluzadənin əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.

Allah rəhmət eləsin!

Xəbərlər

BDU Özbəkistanın Turon Universiteti ilə anlaşma memorandumu imzalayıb

BDU Özbəkistanın Turon Universiteti ilə anlaşma memorandumu imzalayıb
18/04/2025

BDU-da “Dayanıqlı İnkişaf Məqsədlərinə tələbə töhfəsi” mövzusunda təlim təşkil olunub

BDU-da “Dayanıqlı İnkişaf Məqsədlərinə tələbə töhfəsi” mövzusunda təlim təşkil olunub
18/04/2025

BDU-da ustad dərsi: “Filologiya və süni zəka: sözün yeni erası”

BDU-da ustad dərsi: “Filologiya və süni zəka: sözün yeni erası”
18/04/2025