BDU-nun professoru Vyanada STAR-NET-in iclasda çıxış edib

28/11/2018

Vyanada Beynəlxalq Atom Enerji Agentliyinin (BAEA) Baş ofisində "Nüvə texnologiyası sahəsində təhsilin və kadr hazırlığının təşkili" şəbəkəsi (STAR-NET) Baş Məclisi və Rəyasət Heyətinin genişləndirilmiş iclası keçirilib. 10-dək ölkədən 25 nümayəndənin iştirak etdiyi tədbirdə Azərbaycanı Bakı Dövlət Universitetinin Fizika fakültəsinin dekanı, professor Məhəmmədəli Ramazanov və həmin fakültənin dosenti Flora Hacıyeva təmsil ediblər.

İclasda Beynəlxalq Atom Enerjisi Agentliyinin direktor müavini M.Çudakov, qurumun nümayəndəsi  O.Glockler  və STAR-NET-in icraçı direktoru A.Kosilov çıxış ediblər. Onlar nüvə texnologiyası sahəsində təhsilin təşkilindən, həmçinin  tədbirin zəruriliyi, şəbəkənin fəaliyyəti və portalı  barədə geniş məlumat veriblər.

Sonra STAR-NET-in prezidenti, Milli Nüvə Tədqiqatları Universitetinin rektoru, professor Mixail Strixanov şəbəkənin imkanlarının artırılması, onun resurslarından bütün ölkələrin istifadə etməsinin vacibliyindən bəhs edib.

Professor Məhəmmədəli Ramazanov çıxışında şəbəkəyə üzv ölkələrin birgə beynəlxalq elm və təhsil qrantlarında iştirak etmələrinin önəmindən danışıb, müəyyən təkliflər səsləndirib.

Müzakirələr zamanı nüvə texnologiyasının istifadəsinin ümümbəşəri əhəmiyyətindən, nüvə texnologiyasının gələcək fəsadlarını aradan qaldırmaq üçün yüksək ixtisaslı kadrların hazırlanmasından, BAEA-nın bu istiqamətdəki fəaliyyətindən danışılıb.

 

Mətbuat və informasya şöbəsi, 28 noyabr 2018-ci il.

Xəbərlər

BDU və Mədəniyyət Nazirliyinin birgə təşəbbüsü ilə yaradılan “Mədəniyyət hüququ” ixtisaslaşmasının ilk buraxılışı olub

BDU və Mədəniyyət Nazirliyinin birgə təşəbbüsü ilə yaradılan “Mədəniyyət hüququ” ixtisaslaşmasının ilk buraxılışı olub
09/07/2026

Bu il BDU-nun SABAH qruplarını 493 məzun bitirir

Bu il BDU-nun SABAH qruplarını 493 məzun bitirir
09/07/2026

BDU məzunlarına Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə diplomatik rütbələr verilib

BDU məzunlarına Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə diplomatik rütbələr verilib
09/07/2026