BDU-nun professoru Yaponiyada Nəsimi ilə bağlı məruzə edib

27/06/2019

Yaponiyanın Vaseda Universitetində “Məmluk Tədqiqatları” mövzusunda konfrans keçirilib. Vaseda Universitetinin Yaxın Şərq Tədqiqatları Departamentinin ABŞ-ın Çikaqo Universitetinin Məmluk Tədqiqatları İnstitutu ilə birgə keçirdiyi konfransda iştirak edən Bakı Dövlət Universitetinin Ərəb filologiyası kafedrasının professoru Aida Qasımova Azərbaycanın böyük şairi İmadəddin Nəsimi haqqında məruzə ilə çıxış edib.

Dünyanın müxtəlif ölkələrindən olan alimlərin qatıldığı konfransda “Məmluk Sultanları, hürufilik və Nəsimi: Orta əsr mənbələrindən görsənən portretlər” mövzusunda çıxış edən professor Aida Qasımova böyük şairimizin faciəli taleyi, ona qarşı düzənlənən inkvizisiya məhkəməsi, Nəsimi edamının dini və siyasi səbəbləri, edamın bu növü ilə bağlı bir sıra metafizik anlamlar, Məmluklar dövründə digər bu kimi hallarla bağlı çıxışı maraqla qarşılanıb.

Qeyd edək ki, 2019-cu il Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən "Nəsimi ili" elan edilib. Bununla bağlı müxtəlif elm, mədəniyyət və təhsil ocaqlarında tədbirlər keçirilir, böyük şairin həyat və yaradıcılığı, poetik irsi dərindən araşdırılır.

Mətbuat və informasiya şöbəsi, 27 iyun 2019-cu il.

 

Xəbərlər

BDU-da “Asılılıqdan azadlığa” mövzusunda elmi-praktik seminar

BDU-da “Asılılıqdan azadlığa” mövzusunda elmi-praktik seminar
22/06/2026

BDU-nun gənc tədqiqatçısı  Tərtərdə mineral gübrələrin ekoloji təsirini araşdırır

BDU-nun gənc tədqiqatçısı  Tərtərdə mineral gübrələrin ekoloji təsirini araşdırır
22/06/2026

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdləri Respublika Fənn Müsabiqələrində 8 medal qazanıb

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdləri Respublika Fənn Müsabiqələrində 8 medal qazanıb
19/06/2026