BDU-nun professorunun transmilli cinayət hüququnun nəzəri və praktiki problemlərinə dair monoqrafiyası nəşr olunub

29/09/2023

Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin Cinayət hüququ və kriminologiya kafedrasının müdiri, hüquq elmləri doktoru, professor Şəhla Səmədovanın “Transmilli cinayət hüququnun nəzəri və praktiki problemləri” monoqrafiyası kitab kimi nəşr edilib.

Monoqrafiyada transmilli cinayətlərin anlayışı və təsnifatı, beynəlxalq cinayətlərə görə məsuliyyət məsələləri tədqiq olunub, həmçinin Azərbaycan Respublikasının cinayət hüququnda beynəlxalq xarakterli cinayətlərlə bağlı mövcud olan nəzəri və praktiki problemlər araşdırılıb. Azərbaycan Respublikasının qüvvədə olan Cinayət Məcəlləsinin transmilli cinayətlərə dair normalarının təkmilləşdirilməsinə yönəlmiş problemli məsələlərin həlli ilə bağlı bir sıra təkliflər irəli sürülüb.

Kitab Hüquqşünaslıq ixtisasında təhsil alan tələbələr, transmilli cinayət hüququ üzrə ixtisaslaşan doktorantlar, magistrantlar, habelə bu sahə ilə maraqlanan oxucu auditoriyası üçün nəzərdə tutulub.

Xəbərlər

BDU-da “Rəqəmsal bacarıqlar və rəqəmsal iş mədəniyyəti” mövzusunda təlim keçirilib

BDU-da “Rəqəmsal bacarıqlar və rəqəmsal iş mədəniyyəti” mövzusunda təlim keçirilib
13/10/2026

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb
13/10/2026

BDU-nun Astrofizika kafedrası: “Oktyabrın ikinci yarısında Orionid meteor yağışı müşahidə olunacaq”

BDU-nun Astrofizika kafedrası: “Oktyabrın ikinci yarısında Orionid meteor yağışı müşahidə olunacaq”
12/10/2026