BDU-nun professorunun “Türkoloji dilçilik məsələləri” kitabı nəşr olunub

25/12/2025

Bakı Dövlət Universitetinin (BDU)  Türkologiya kafedrasının professoru Elbrus Əzizovun “Türkoloji dilçilik məsələləri” kitabı nəşr olunub.

Nəşrə tanınmış alimin türkoloji dilçiliyin, o cümlədən Azərbaycan dilçiliyinin nisbətən az tədqiq olunmuş məsələlərinə həsr edilmiş məqalələri daxil edilib. Kitabın “Ümumi məsələlər” bölməsində Mahmud Kaşğari, Vilhem Tomsen və Bəkir Çobanzadənin dilçilik görüşləri, türk yazılı abidələrinin lüğət tərkibi, “Azərbaycan dili məsələləri” bölməsində isə ədəbi-bədii dil, dil tarixi və dialektologiya mövzuları əhatə olunub.

Kitabın elmi redaktoru akademik Nizami Cəfərov, rəyçiləri AMEA-nın Dilçilik İnstitutunun şöbə müdiri, professor İsmayıl Məmmədli və BDU-nun Türkologiya kafedrasının dosenti Afaq Məmmədovadır.

Kitabdan dilçilik sahəsində tədqiqat aparan mütəxəssislər, tələbə, magistrant və doktorantlar faydalana bilərlər.

Xəbərlər

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər
13/11/2026

BDU-da "İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası - 2026" layihəsinin ilk sessiyaları keçirilib

BDU-da "İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası - 2026" layihəsinin ilk sessiyaları keçirilib
13/11/2026

BDU tələbələri Pekin Kimya Texnologiyası Universitetində keçirilən mədəniyyət festivalında Azərbaycanı təmsil ediblər

BDU tələbələri Pekin Kimya Texnologiyası Universitetində keçirilən mədəniyyət festivalında Azərbaycanı təmsil ediblər
13/11/2026