BDU-nun prorektoru Qarsda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş beynəlxalq konfransda iştirak edib

23/10/2023

Türkiyənin Qars şəhərində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş beynəlxalq konfrans keçirilib.

Qars Qafqaz Universiteti, Azərbaycanın Türkiyədəki səfirliyi, Qarsdakı Baş Konsulluğu, respublikamızın Elm və Təhsil Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi, Elger Elm və Təhsil Mərkəzi, Əskişəhər Azərbaycanlılar Dərnəyi, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası, İqdır Azərbaycan evinin təşkilatçılığı ilə keçirilən “Heydər Əliyev və Türkiyə” adlı multidisiplinar beynəlxalq elmi konfransa 12 ölkədən 100-dən çox elm adamı qatılıb.

Dövlət müstəqilliyimizin 32-ci ildönümünə təsadüf edən tədbir Azərbaycan və Türkiyənin Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Qars Qafqaz Universitetinin rektoru Hüsnü Kapu və Azərbaycanın Qarsdakı baş konsulu Nuru Quliyevin giriş nitqləri ilə başlanan konfransın plenar iclasında tədbirin təşkilat komitəsinin sədri İlkin Qulusoy, Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil üzrə müşaviri Nəcibə Nəsibova, Elm və Təhsil Nazirliyinin təmsilçisi Müjdat Həsənov, Əskişəhər Azərbaycanlıları Dərnəyinin sədri Cavid Aydın çıxış ediblər.

BDU-nun elm və innovasiyalar üzrə prorektoru Hüseyn Məmmədov da konfransda təbrik nitqi ilə çıxış edib. Hüseyn Məmmədov çıxışında Ulu Öndər Heydər Əliyevin Türkiyə-Azərbaycan qardaşlığının möhkəmlənməsində müstəsna rolundan bəhs edib, bu dostluğun dünya ölkələri üçün nümunə olduğunu bildirib. O, konfransın gənclərin inkişafına kömək edəcəyinə və iki qardaş ölkənin ali təhsil müəssisələri arasında əlaqələrin genişlənməsinə töhfə verəcəyinə əminliyini bildirib.

Xəbərlər

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin məzunlarının hamısı tələbə adını qazanıb

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin məzunlarının hamısı tələbə adını qazanıb
06/09/2024

BDU-105: Peşəkar İT mütəxəssisləri hazırlayan Tətbiqi riyaziyyat və kibernetika fakültəsi

BDU-105: Peşəkar İT mütəxəssisləri hazırlayan Tətbiqi riyaziyyat və kibernetika fakültəsi
06/09/2024

BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin ilk görüşü

BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin ilk görüşü
06/09/2024