BDU-nun Psixoloji Yardım Sektoru ehtiyacı olanlara online psixoloji dəstək göstərir

10/04/2020

Dünyanı əsarəti altına alan yeni növ koronavirus (COVID-19) infeksiyası ilə əlaqədar ölkəmizdə elan olunan karantin rejimi davam edir. Gündəlik həyat tərzinin pozulması, infeksiya ilə bağlı yaranan qorxu və həyəcan kimi mənfi hallarla əlaqədar insanların həyat fəaliyyətində kəskin dəyişikliklər, bəzən  psixoloji problemlər, narahatlıqlar özünü göstərir. Bu səbəbdən BDU-nun Psixoloji Yardım Sektoru evdə qalan tələbələrin, eləcə də əməkdaşların mənəvi-psixoloji vəziyyətini nəzərə alaraq rəsmi instagram səhifəsi vasitəsilə onlara dəstək göstərir.

Azərbaycan ali məktəbləri arasında ilk dəfə olaraq BDU-da hələ 2019-cu ilin dekabrında yaradılan psixoloji yardım xidmətinin məqsədi əməkdaş və tələbələrin peşəkar şəxsi inkişaf və yüksəlişinə kömək etmək, onların psixoloji müdafiəsini təmin etmək, psixi sağlamlığını qorumaq, tələbələrin öz bacarıq və qabiliyyətlərinin üzə çıxarmasına yardımçı olmaqdır.

Psixoloji Yardım Sektorunda tələbələrdə yarana biləcək stres və stresin idarə olunması, emosional və psixi böhranın qarşısının alınması istiqamətində xidmətlər həyata keçirilir. Eyni zamanda universitetin Sosial elmlər və psixologiya fakültəsinin IV kurs psixoloq-tələbələri tədris təcrübəsini online formada Psixoloji Yardım Sektorunda yüksək peşəkarlıq və məsuliyyətlə yerinə yetirirlər.

Xəbərlər

BDU-da elmi seminar: “Quran dilinin özünəməxsus tərkibləri”

BDU-da elmi seminar: “Quran dilinin özünəməxsus tərkibləri”
11/02/2026

BDU-da Azərbaycan Respublikasında “Elm günü”nə həsr edilmiş silsilə tədbirlərə başlanılıb

BDU-da Azərbaycan Respublikasında “Elm günü”nə həsr edilmiş silsilə tədbirlərə başlanılıb
10/02/2026

BDU Pakistanın Mardan Abdul Vali Xan Universiteti ilə əməkdaşlığa başlayır

BDU Pakistanın Mardan Abdul Vali Xan Universiteti ilə əməkdaşlığa başlayır
10/02/2026