BDU-nun Psixoloji yardım sektoru I kurs tələbələri üçün “Adaptasiya” mövzusunda təlimlərə başlayıb

25/10/2022

Bakı Dövlət Universitetinin (BDU) Psixoloji yardım sektoru I kurs tələbələri üçün “Adaptasiya” mövzusunda təlimlərə başlayıb.

Təlimin məqsədi Universitetin I kurs tələbələrinin ali təhsil mühitinə daha tez alışmasına yardım göstərməkdir.

İlk təlimdə tələbələrin bir-biri ilə, eyni zamanda təlimçinin tələbələrlə tanışlığı üçün praktik tapşırıq yerinə yetirilib. Tapşırığa əsasən, iki-iki qruplaşan tələbələr qarşı tərəflə empatiya qurmağa çalışıblar.

Təlimdə tələbələrə adaptasiya prosesinin mərhələləri barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, adaptasiyanın ikinci – dözümlülük mərhələsini keçdikdən sonra istənilən situasiyaya uyğunlaşmaq daha rahat olur. Tələbələr Universitetdə adaptasiyada çətinlik yaradan situasiyaları təlimçi ilə bölüşüblər və prosesin daha səmərəli keçməsi üçün məsləhət alıblar.

Tələbələr adaptasiya prosesində əsas faktorlardan biri - insanın sinir sistemi və buna əsasən temperament tipi haqqında da məlumatlandırılıb, Hans Ayzenk tərəfindən təyin edilmiş testdən keçiriliblər. Testin nəticəsinə uyğun olaraq tələbələr öz temperament tiplərinin onların adaptasiyasına təsirini müəyyənləşdiriblər.

BDU-nun I kurs tələbələri ilə "Adaptasiya" mövzusunda təlimlər davam edəcək.

Xəbərlər

BDU-da “Code8 Hackathon” keçirilib

BDU-da “Code8 Hackathon” keçirilib
03/07/2025

BDU-da elmi seminar: “Karbon kredit bazarı və mümkün imkanlar”

BDU-da elmi seminar: “Karbon kredit bazarı və mümkün imkanlar”
03/07/2025

BDU-nun Biologiya fakültəsinin böyük laborantı İradə Əliyeva vəfat edib

BDU-nun Biologiya fakültəsinin böyük laborantı İradə Əliyeva vəfat edib
03/07/2025