BDU-nun Psixoloji yardım sektoru “Psixologiya klubu” layihəsinə başlayıb

11/04/2025

Bakı Dövlət Universitetinin (BDU) Psixoloji yardım sektoru "Psixologiya klubu" adlı yeni layihəyə başlayıb.

Klubun rəhbəri, sektorun psixoloqu Natəvan Həsənzadə layihə çərçivəsində tələbələrlə görüş keçirib. Görüşdə layihənin məqsədləri, gələcək planlar və tələbələrin gözləntiləri müzakirə olunub.

Tədbirdə tələbələrlə tanışlıq prosesi həyata keçirilib, onların potensialı müəyyən edilib. Həmçinin, psixoterapiyanın əsasları barədə təlim keçirilərək, mövzuya aid praktik məşğələ təşkil olunub.

Qeyd edək ki, layihə 2 ay müddətində davam edəcək. Kluba üzv olan tələbələrə psixoterapiya sahəsində nəzəri və praktiki biliklər veriləcək, onların bu sahədəki bacarıqları inkişaf etdiriləcək.

Xəbərlər

Azərbaycan şərqşünaslığında ilk qadın elmlər doktoru – professor Aida İmanquliyeva

Azərbaycan şərqşünaslığında ilk qadın elmlər doktoru – professor Aida İmanquliyeva
10/10/2026

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək
09/10/2026

BDU-da “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçirilib

BDU-da “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçirilib
09/10/2026