BDU-nun Qazax filialı Qarabağ Dirçəliş Fonduna 4 min, “Yaşat” Fonduna isə 2 min manat ianə edib

17/02/2021

Bakı Dövlət Universitetinin (BDU) Qazax filialında direktorluğun iclası keçirilib. Filialın direktoru Arif Rüstəmov direktorluğun üzvlərini Vətən müharibəsinin Tarixi Qələbə ilə başa çatması münasibətilə təbrik edib, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında cəsur zabit və əsgərlərimizin əsl qəhrəmanlıq nümayiş etdirərək torpaqlarımızı düşmən tapdağından azad etdiyini və Azərbaycanın ərazi bütövlüyünün təmin olunduğunu bildirib. Filialın məzunlarının Vətən müharibəsində qəhrəmanlıqla döyüşdüyü, professor-müəllim heyətinin informasiya cəbhəsində fəal iştirak etdiyini vurğulayaraq, şəhid məzunlarının xatirəsinin daim əziz tutdulduğunu qeyd edib.

Direktorluğun iclasında işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması, inkişaf etmiş regiona çevrilməsi, məskunlaşma, layiqli yaşayış və iqtisadi fəallığın, məcburi köçkünlərin öz torpaqlarına qayıtmasının təminatına dəstək məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Fərmanı ilə yaradılmış Qarabağ Dirçəliş Fonduna 4 min manat, ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədi ilə yaradılan “Yaşat” Fonduna isə 2 min manat ianə edilməsi haqqında qərar qəbul edilib.

Xəbərlər

BDU-da Ümumdünya Layiqli Əmək Gününə həsr olunmuş dəyirmi masa

BDU-da Ümumdünya Layiqli Əmək Gününə həsr olunmuş dəyirmi masa
07/10/2026

Bakı Dövlət Universitetində “Clarivate Günləri”

Bakı Dövlət Universitetində “Clarivate Günləri”
07/10/2026

BDU əməkdaşları üçün “Rəqəmsal bacarıqlar və müasir rəqəmsal iş mədəniyyəti” mövzusunda təlim keçiriləcək

BDU əməkdaşları üçün “Rəqəmsal bacarıqlar və müasir rəqəmsal iş mədəniyyəti” mövzusunda təlim keçiriləcək
07/10/2026