BDU-nun Qazax filialında 20 Yanvar faciəsinin ildönümü qeyd olunub

19/01/2024

Bakı Dövlət Universitetinin (BDU) Qazax filialında 20 Yanvar faciəsinin 34-cü ildönümünə həsr edilmiş anım mərasimi keçirilib.

Tədbir iştirakçıları əvvəlcə filialın foyesində 20 Yanvar faciəsinə aid məlumatları özündə əks etdirən kitablardan ibarət sərgi ilə tanış olublar.

20 Yanvar qurbanlarının və torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Filialın direktoru Arif Rüstəmov bildirib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda rus və erməni hərbçiləri tərəfindən dinc əhaliyə qarşı dəhşətli, kütləvi qırğın törədildi. Bu qanlı hadisənin baş verməsində əsas məqsəd azadlıq, suverenlik arzusunda olan Azərbaycan xalqının iradəsini qırmaq idi. Sovet imperiyası günahsız insanların qanını axıtsa da, istəyinə nail ola bilmədi, xalqımız öz azadlığına qovuşdu.

Sonra faciəyə həsr olunmuş videoçarx nümayiş olunub.

Filialın İctimai və təbiət fənləri kafedrasının baş müəllimi Mübariz Süleymanov məruzə ilə çıxış edərək, 20 Yanvar faciəsinin başvermə səbəbləri, tarixi əhəmiyyəti barədə tədbir iştirakçılarına ətraflı məlumat verib. Filialın İctimai fənlər kafedrasının müəllimi İndira Vəliyeva, Dil, ədəbiyyat və onların tədrisi metodikası kafedrasının müəllimi Mustafa Mustafayev, Sosial iş ixtisası üzrə magistrantı Nurlan Quliyev, Azərbaycan dili və ədəbiyyatı ixtisasının II kurs tələbəsi Nigar Mahmudova öz çıxışlarında 20 Yanvar faciəsinin hər birimizin yaddaşına əbədi həkk olunduğunu qeyd ediblər. Vurğulanıb ki, bu qanlı faciə xalqımızın azadlıq eşqinin, iradəsinin sarsılmazlığını, mətinliyini göstərir. 20 Yanvar şəhidlərinin qəhrəmanlığı Azərbaycan gəncləri üçün örnəkdir. Gələcək nəsillər şəhidlərin qəhrəmanlığından nümunə götürəcək, azadlıq və müstəqilliyimizi qorumaq üçün daim mübarizədə olacaqlar.

Xəbərlər

18 Oktyabr – Müstəqilliyin Bərpası Günüdür

18 Oktyabr – Müstəqilliyin Bərpası Günüdür
18/10/2024

BDU ilə Pakistanın Superior Universiteti arasında anlaşma memorandumu imzalanıb

BDU ilə Pakistanın Superior Universiteti arasında anlaşma memorandumu imzalanıb
17/10/2024

BDU tələbələri arasında “105 yaşlı elm və təhsil məbədi” mövzusunda esse müsabiqəsi davam edir

BDU tələbələri arasında “105 yaşlı elm və təhsil məbədi” mövzusunda esse müsabiqəsi elan edir
17/10/2024