BDU-nun Qazax filialında Bilik günü və yeni dərs ilinin başlanması ilə əlaqədar tədbir keçirilib
BDU-nun Qazax filialında Bilik günüvə yeni dərs ilinin başlanmasımünasibətilə tədbir keçirilib. Tədbirdə Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, filialın müəllim və tələbələri, valideynlər iştirak edib.
Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin filialın binasında yerləşən büstü önünə gül dəstələri qoyaraq əziz xatirəsini yad ediblər. Sonra filialın yeni istifadəyə verilmiş yeməkxanasının açılışı olub.
Onu da qeyd edək ki, filialda ixtisasların da sayı get-gedə artır. Bunu ildən-ilə artan dinamikadan da aydın şəkildə görmək olar. Belə ki, ötən il qəbul aparılan ixtisasların sayı artırılaraq 6-dan 13-ə çatdırılıb. Bu tədris ilində isə daha 4 yeni ixtisas da əlavə olmaqla 17 ixtisas üzrə qəbul aparılıb.
Filiala daxil olan tələbələrin coğrafiyası da getdikcə genişlənir. Təkcə bir faktı qeyd edək ki, bu tədris iliundə filiala qəbul olan tələbələr respublikamızın 62 regionunu əhatə edir.
Filialda təhsil alan tələbələrin sayında da artım dinamikası əyani şəkildə özünü göstərir. Əgər ötən tədris ilində filialda 628 tələbə təhsil almışdısa, bu il həmin rəqəm 2 dəfə artıb.
Qazax rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov tədbirdə çıxış edərək filiala yeni qəbul olan tələbələri səmimi qəlbdən təbrik edib, onlara öz tövsiyələrini verib. Qeyd edib ki, bu gün Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində Azərbaycan təhsili özünün yeni inkişaf mərhələsini yaşamaqdadır. Gündən-günə inkişaf edən təhsilimizin maddi-texniki bazası gücləndirilir, ixtisaslı kadrların hazırlanmasında dövlət tərəfindən hər cür şərait yaradılır.
Sonra filialın şöbə müdiri Qasım Əliyev BDU-nun rektoru, akademik Abel Məhərrəmovun filialın müəllim və tələbələrinə göndərdiyi təbrik məktubunu oxuyub.
Filialın baş müəllimi Heyran Vəkilova, qəbul imtahanlarında 640 bal toplamış 1 kurs tələbəsi Cəmilə Məmmədova, valideyn Nigar İsmayıllı tədbirdə çıxış edərək öz öz ürək sözlərini söyləyiblər.
Elçin İSMAYIL,
BDU-nun Qazax filalının Mətbuat Mərkəzinin rəhbəri.