BDU-nun Qazax filialında imtahanlar obyektiv və şəffaf şəraitdə keçirilir
Bakı Dövlət Universitetinin Qazax filialında 2018/2019-cu tədris ilinin yaz semestrinin imtahan sessiyası başlayıb. Bununla əlaqədar filialın durektoru Arif Rüstəmovun rəhbərliyi ilə yığıncaq keçirilib, əvvəlcədən lazımi hazırlıq işləri görülüb. Direktorun müvafiq əmri ilə nəzarət komissiyası yaradılıb, müəllim-koordinatorların bölgüsü aparılıb. İmtahanların şəffaf və obyektiv keçirilməsi üçün filialda lazımi şərait yaradılıb.
İyun ayının 3-dən start götürən imtahan sessiyasının gedişinə nəzarət etmək, tələbə və valideynlərin, həmçinin ictimaiyyətin müraciətlərinin qəbulu və araşdırılması məqsədi ilə Qərargah yaradılıb. Qəragahın nəzdində fəaliyyət göstərən «Qaynar xətt»ə daxil olan müraciətlər Qərargah üzvləri tərəfindən dərhal araşdırılır. Qiymətləndirmədən narazı qalan tələbələrin Qərargaha müraciəti üçün şərait təmin edilib. Valideynlərə övladlarının imtahanlarında iştirak etmək üçün şərait yaradılıb. Əvvəlcədən həyata keçirilən tədbirlərin və görülən işlərin nəticəsidir ki, indiyədək hec bir qanun pozuntusu aşkar olunmayıb.
Filialın direktoru Arif Rüstəmov imtahanların gedişinə nəzarət etmək üçün mütəmadi olaraq imtahan keçirilən auditoriyalarda olur, tələbələri maraqlandıran sualları cavablandırır, onların qarşılaşdığı hər hansı bir problemin olub-olmaması ilə maraqlanır.
Yaz semetrində 1014 tələbə iştirak edir. Tələbələr 17 ixtisas üzrə 39 qrupda imtahan verirlər. Semetr ərzində tələbələrin 217 imtahan verməsi nəzərdə tutulub. İmtahan başa çatan gün onun nəticələri tələbələrə elan olunur. Tələbələrin biliyinin obyektiv qiymətləndirilməsi və şəffaflıq təmin edilir.
Sessiya iyul ayının 3-dək davam edəcəkdir.
Elçin İSMAYIL,
BDU-nun Qazax filialında Mətbuat Mərkəzinin rəhbəri.