BDU-nun Qazax filialında “Narkomaniyaya yox deyək!” mövzusunda tədbir

11/04/2022

Bakı Dövlət Universitetinin (BDU) Qazax filialı Rayon Polis Şöbəsi ilə birgə "Narkomaniyaya yox deyək!” mövzusunda növbəti maarifləndirici tədbir keçirib.

Tədbirdə narkomaniya, onun törətdiyi fəsadlar və bununla bağlı ölkəmizdə aparılan mübarizə tədbirləri barədə tələbələrə geniş məlumat verilib.

Tədbirin məqsəd və əhəmiyyətindən danışan BDU-nun Qazax filalının direktoru Arif Rüstəmov narkomanlığın dünyanı narahat edən qlobal problemlərdən olduğunu, cəmiyyətin mənəvi, əxlaqi dəyərlərinə, sosial-iqtisadi inkişafa böyük zərbə vurduğunu,  insanların sağlamlığına ciddi təhlükə yaratdığını qeyd edib. Bildirib ki, filialın bu istiqamətdə keçirdiyi silsilə maarifləndirici tədbirlər tələbələrin belə zərərli vərdişlərdən uzaq durmalarında böyük rol oynayır.

Qazax RPŞ rəisi Sənan Əsədov çıxışında narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı atılan mübarizə tədbirlərindən danışıb. Qeyd edib ki, hər bir Azərbaycan vətəndaşı cəmiyyəti, xüsusilə də gənc nəsli bu bəladan xilas etmək üçün addımlar atmalıdır. O, vətəndaşların operativ əlaqə saxlaması üçün "802” çağrı xidmətinin fəaliyyət göstərdiyini diqqətə çatdırıb.

Filialın mətbuat xidmətinin rəhbəri Elçin İsmayıl cəmiyyətdə “ağ ölüm” kimi tanınan narkomaniya bəlasının bütün xalqları düşündürən ən ağrılı problemlərdən biri olduğunu qeyd edərək, tələbələrlə belə maarifləndirici görüşlərin keçirilməsini yüksək qiymətləndirib.

Tədbirin sonunda mövzu ilə bağlı tələbələri maraqlandıran suallar cavablandırılıb.

Xəbərlər

BDU-ya 600-dən çox balla qəbul olanların ixtisaslar üzrə bölgüsü açıqlanıb

BDU-ya 600-dən çox balla qəbul olanların ixtisaslar üzrə bölgüsü açıqlanıb
07/09/2026

BDU-nun Arxeologiya Tədris-Tədqiqat Mərkəzinin direktoru İsraildə elmi səfərdə olub

BDU-nun Arxeologiya Tədris-Tədqiqat Mərkəzinin direktoru İsraildə elmi səfərdə olub
07/09/2026

BDU-nun Astrofizika kafedrası: “Payız fəsli Azərbaycana sentyabrın 23-ü saat  04:05:08-də daxil olacaq”

BDU-nun Astrofizika kafedrası: “Payız fəsli Azərbaycana sentyabrın 23-ü saat  04:05:08-də daxil olacaq”
04/09/2026