BDU-nun Qazax filialında professor Hüseyn Xəlilovun 80 illik yubileyi qeyd olunub

18/06/2019

Bakı Dövlət Universitetinin Qazax filialında Riyaziyyat və informatika kafedrasının müdiri, professor Hüseyn Xəlilovun 80 illik yubileyi qeyd olunub.

Filialın direktoru Arif Rüstəmov bu münasibətlə keçirilən tədbiri giriş sözü ilə açaraq Hüseyn Xəlilovun elmi fəaliyyətindən, keçdiyi ömür yolundan söz açıb, yubilyarın bir alim və pedaqoq kimi qazandığı nailiyyətlərdən danışıb. Qeyd edib ki, H.Xəlilov uzun illər qazandığı elmi və pedaqoji təcrübəni yorulmaq bilmədən tələbələrə, filialda fəaliyyətə başlayan gənc müəllim və elmi işçilərə sevə-sevə öyrədir.

Filialın direktor müavini Məmməd Yusifov, dekan əvəzi Hamlet İlyasov, müəllimlərdən Alı Sofiyev, Arif Veyisov, Nüçabə Hacıyeva, Aygün Əliyeva, Sevinc Əmiraslanova çıxış edərək yubilyarı təbrik edib, ona ən xoş arzularını bildiriblər.

Tədbirin sonunda H.Xəlilova yubiley hədiyyələri təqdim olunub.

 

Elçin İSMAYIL,

BDU-nun Qazax filialının Mətbuat Mərkəzinin rəhbəri.

Xəbərlər

BDU dərman kimyası üzrə mütəxəssis hazırlığına başlayır

BDU dərman kimyası üzrə mütəxəssis hazırlığına başlayır
06/07/2026

BDU-da Birinci Türkoloji Qurultayın 100 illiyi silsilə tədbirlərlə qeyd olunub

BDU-da Birinci Türkoloji Qurultayın 100 illiyi silsilə tədbirlərlə qeyd olunub
06/07/2026

BDU-da “Türk dövlətlərinin xarici siyasəti və inteqrasiya prosesləri” adlı yeni ixtisaslaşma açılır

BDU-da “Türk dövlətlərinin xarici siyasəti və inteqrasiya prosesləri” adlı yeni ixtisaslaşma açılır
06/07/2026