BDU-nun Qazax filialında qış imtahan sessiyası başa çatıb

09/02/2024

Bakı Dövlət Universitetinin (BDU) Qazax filialında 2023-2024-cü tədris ilinin qış imtahan sesssiyası uğurla başa çatıb.

İmtahan sessiyası müddətində tələbələrin müraciətlərinin qəbulu, araşdırılması və biliklərinin qiymətləndirilməsində obyektivliyin təmin olunması məqsədilə Operativ Qərargah, Apelyasiya Komissiyası və “Qaynar xətt” fəaliyyət göstərib. Sessiya ərzində daxil olan müraciətlər operativ araşdırılıb.

Filialın direktoru Arif Rüstəmov imtahanların gedişinə nəzarət etmək üçün mütəmadi olaraq imtahan keçirilən auditoriyalarda olub, tələbələri maraqlandıran sualları cavablandırıb.

Filialda imtahanlar 16 ixtisas üzrə iki növbədə keçirilib. Sessiyada bakalavriat  səviyyəsi üzrə 1497, magistratura səviyyəsi üzrə 29 nəfər imtahan verib. İmtahanlarda tələbələrin 98,07 faizi iştirak edib. Müvəffəqiyyət göstəricisi bakalavriat səviyyəsi üzrə 80, magistratura səviyyəsi üzrə 100 faiz olub.

Xəbərlər

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb
30/10/2026

BDU-da təlim: “Karyera məqsədlərinin təyin edilməsi”

BDU-da təlim: “Karyera məqsədlərinin təyin edilməsi”
30/10/2026

BDU-da Ümumdünya Şəhərlər Gününə həsr olunmuş panel müzakirə keçirilib

BDU-da Ümumdünya Şəhərlər Gününə həsr olunmuş panel müzakirə keçirilib
30/10/2026