BDU-nun Qazax filialında Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsinin 50 illiyi qeyd olunub

11/07/2019

Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsinin 50 illiyi Bakı Dövlət Universitetinin Qazax filialında qeyd olunub. Bununla əlaqədar filialda professor və müəllimlərin iştirakı ilə tədbir keçirilib.

Tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin filialın foyesindəki büstü önünə gül-çiçək dəstələri qoyub, xatirəsini böyük ehtiramla yad ediblər.

Filialın direktoru Arif Rüstəmov tədbirdə çıxış edərək Ümummilli Liderin 1969-cu il iyulun 14-də ilk dəfə olaraq Azərbaycanda siyasi rəhbərliyə gəldiyini qeyd edərək Ulu Öndərin dahi, uzaqgörən, müdrik siyasətçi, müasir Azərbaycanın yaradıcısı olduğunu bildirib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu böyük siyasəti uğurla davam etdirdiyini bildirib.


Elçin İsmayıl,

BDU-nun Qazax filialında Mətbuat Mərkəzinin rəhbəri.

Xəbərlər

Milli qürur mənbəyimiz

Milli qürur mənbəyimiz
09/11/2025

BDU-nun şəhid məzunu Fikrət Zeynallının məzarı ziyarət olunub

BDU-nun şəhid məzunu Fikrət Zeynallının məzarı ziyarət olunub
09/11/2025

BDU könüllüləri Zəfər muzeyini ziyarət ediblər

BDU könüllüləri Zəfər muzeyini ziyarət ediblər
09/11/2025