BDU-nun Qazax filialında “Vətən sərhəddən başlayır” filminin nümayişi olub

14/03/2019

Bakı Dövlət Universitetinin Qazax filialında “Vətən sərhəddən başlayır” adlı qısametrajlı filmin nümayişi olub. Eyni adlı layihə əsasında çəkilmiş film Azərbaycan Gənclər Fondu tərəfindən layihələşdirilib. Filmin rejissoru Allahveddi Muradov, quruluşçu operatoru Şamil Muradlıdır.

Filialın Heydər Əliyev auditoriyasında keçirilən tədbirdə professor və müəllimlər, tələbələr iştirak edib. Filmin çəkiliş qrupunun üzvü Yusif Qoca giriş sözü ilə çıxış edərək tədbirin məqsəd və əhəmiyyətindən danışıb. Layihənin rəhbəri Sevinc Musayeva əslən Qazaxın ermənilər tərəfindən işğal olunmuş Aşağı Əskipara kəndindən olduğunu deyərək köçkün həyatının bütün çətinliklərini yaşadığını bildirib, sərhəd kəndinin sakinlərinin yaşadıqları həyat tərzini film vasitəsilə bütün dünya ictimaiyyətinə çatdırmaq istədiklərini qeyd edib.

Sonra Qazaxın sərhəddə yerləşən Quşçu Ayrım kəndində çəkilmiş “Vətən sərhəddən başlayır” adlı qısametrajlı film nümayiş olunub. Sərhəddə yaşayan insanların həyat tərzi, məktəblilərin təhsil almaları, onların düşüncələri, müharibənin sərhəd kəndindəki “izləri” filmdə öz əksini tapıb.

Filmin nümayişindən sonra filialın direktoru, dosent Arif Rüstəmov çıxış edərək bu mövzuda olan filmlərin gənclərin vətənpərvərlik ruhunda böyüməsində böyük rol oynadığını qeyd edərək yaradıcı heyətə minnətdarlığını bildirib.

Sonra filialın ictimaiyyət və tələbələrlə iş şöbəsinin müdiri Qasım Əliyev, fakültə dekanı əvəzi Hamlet İlyasov, filialın Mətbuat Mərkəzinin rəhbəri Elçin Məmmədov çıxış edərək filmin tamaşaçılarda böyük təəssürat oyatdığını qeyd ediblər.

 

Mətbuat və informasiya şöbəsi, 14 mart 2019-cu il.

Xəbərlər

“Bir yay, min xatirə” Yay düşərgəsi çərçivəsində daha beş təlim və seminar keçirilib

“Bir yay, min xatirə” Yay düşərgəsi çərçivəsində daha beş təlim və seminar keçirilib
24/08/2026

BDU-nun həmtəşkilatçılığı ilə keçirilən “Bir yay, min xatirə” Yay düşərgəsinin bağlanış mərasimi

BDU-nun həmtəşkilatçılığı ilə keçirilən “Bir yay, min xatirə” Yay düşərgəsinin bağlanış mərasimi
24/08/2026

BDU-nun həmtəşkilatçılığı ilə Qubada tələbələr və şəhid-qazi övladları üçün Yay düşərgəsinin açılış mərasimi

BDU-nun həmtəşkilatçılığı ilə Qubada tələbələr və şəhid-qazi övladları üçün Yay düşərgəsinin açılış mərasimi
21/08/2026