BDU-nun rektorluğu yanında İctimai Nəzarət və Məsləhət Şurasının ilk iclası keçirilib

22/02/2016

Bir müddət əvvəl Bakı Dövlət Universiteti Elmi Şurasının BDU rektorluğu yanında İctimai Nəzarət və Məsləhət Şurasının yaradılması haqqında qərarından və Əsasnaməsinin qəbulundan sonra Şuranın tərkibini formalaşdırmaq üçün yaradılmış xüsusi Komissiyanın təklifi əsasında BDU rektorunun əmri ilə 11 nəfərdən ibarət tərkib təsdiq edilib. Şuranın tərkibinə Azərbaycan Təhsil Şurasının sədri, professor Əjdər Ağayev, Milli QHT Forumunun prezidenti Rauf Zeyni,“Konstitusiya” Araşdırmalar Fondunun prezidenti, Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsinin koordinatoru Əliməmməd Nuriyev, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, Azad Müəllimlər Birliyinin sədri Məlahət Mürşüdlü, “Multimedia” İnformasiya sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev, APA-Holdinq MMC-nin prezidenti Vüsalə Mahir qızı, millət vəkili Qənirə Paşayava və əlaqələndirici şəxs kimi BDU-nun professoru, Qafqaz Müsəlmanları İdarəsi Elmi Dini Şurasının sədri, akademik Vasim Məmmədəliyev daxil edilib.

Bu gün İctimai Nəzarət və Məsləhət Şurasının ilk iclası keçirilib və təşkilati məsələlərə baxılıb. Professor Əjdər Ağayev Şuranın sədri, Məlahət Mürşüdlü sədr müavini, Mirzə Cəfərzadə isə katibi seçilib. İclasdan sonra şura üzvləri BDU-nun rektoru, akademik Abel Məhərrəmovla görüşüb, universitetin tədris prosesi, elmi laboratoriyaları və maddi-texniki bazası ilə tanış olublar. Rektor Şura üzvlərinə BDU-nun strukturu və inkişaf strategiyası, elmi və tədris fəaliyyəti haqqında ətraflı məlumat verib, nəzərdə tutulan hədəflərə nail olmaq üçün Şura tərəfindən dəyərli təkliflərin veriləcəyinə əmin olduğunu bildirib.

Xatırladaq ki, İctimai Nəzarət və Məsləhət Şurasının əsas məqsədi BDU-nun fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsi, universitet ilə ictimaiyyət arasında səmərəli qarşılıqlı əlaqələrin təşkili, fəaliyyətində aşkarlığın və şəffaflığın təmin olunması, əməkdaşlarının və təhsilalanların hüquqlarının müdafiəsi və fəaliyyətinin təkmilləşdirilməsi üçün təkliflərin verilməsindən ibarətdir.

Mətbuat və informasiya şöbəsi, 22 fevral 2016-cı il.

Xəbərlər

17 Noyabr - Milli Dirçəliş Günüdür

17 Noyabr - Milli Dirçəliş Günüdür
17/11/2024

Bu gün Beynəlxalq Tələbələr Günüdür

Bu gün Beynəlxalq Tələbələr Günüdür
17/11/2024

BDU-da elmi seminar: “Yaşıl kitabxana konsepsiyası”

BDU-da elmi seminar: “Yaşıl kitabxana konsepsiyası”
16/11/2024