BDU-nun rektoru 2014/2015-ci tədris ili üçün BDU-ya qəbul olmuş tələbələrin sənəd qəbulu ilə tanış olub

15/08/2014
Bu gün Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov 2014/2015-ci tədris ili üçün BDU-ya qəbul olmuş tələbələrin sənəd qəbulu ilə tanış olub, sonra universitetin həyətində tələbə və valideynlərlə görüşərək təbriklərini çatdırıb.
Bakı Dövlət Universiteti haqqında qısa məlumat verən rektor bildirib ki, ümummilli lider Heydər Əliyevin tələbəsi və məzunu olduğu universitetə qəbul olmaq böyük şərəfdir.
Valideynləri maraqlandıran suallara cavab verən rektor, eyni zamanda yataqxana məsələsindən də danışıb. Son vaxtlaradək məcburi köçkünlərin məskunlaşdığı yataqxananın yarasız vəziyyətdə olduğunu deyən rektor, həmin binaların bir qisminin söküldüyünü və həmin ərazidə təxminən 7 min tələbənin məskunlaşa biləcəyi böyük yataqxana kompleksinin inşa olunacağını da diqqətə çatdırıb.
Övladı universitetin Tətbiqi-riyaziyyat və informatika fakültəsinə qəbul olmuş Mehrab Usubov valideynlərlə görüşdüyü və onları maraqlandıran suallara aydınlıq gətirdiyi üçün rektora təşəkkür edib.
Sonra bir qrup valideyn universitetin Tədris Elektron Mərkəzi, çoxsaylı laboratoriyaları, auditoriyaları, idman kompleksi və yeməkxanaları ilə tanış olublar. Valideynlərdən Səyyaf Yusifov, İqbal Adiloğlu, İradə Soltanova, Cəfər Əliyev, Sahibəli Fərəcov universitet mühitinin onlarda yüksək təəssürat oyatdığını qeyd ediblər.
Xatırladaq ki, universitetin builki qəbul planı 4325 nəfərdir və bu günə olan məlumata görə artıq 3659 nəfər qeydiyyatdan keçib. Ödənişli təhsilə qəbul olan tələbələrin təxminən 300 nəfəri güzəştli kateqoriyaya (məcburi köçkünlər, şəhid ailələri, valideyn himayəsindən məhrum olmuş və Azərbaycanın ərazi bütövlüyü uğrunda əlil olmuşların övladları) düşdükləri üçün təhsil haqqının ödənilməsindən azaddırlar.
Qeyd edək ki, 2014-2015-ci tədris ilində tələbə adını qazanan abituriyentlərin sənədlərinin qeydiyyat prosesi avqust ayının 22-dək uzadılıb. Boş qalmış yerlərə qəbul olmuş abituriyentlərin son qeydiyyat tarixi isə avqustun 28-də başa çatacaq.

Mətbuat və informasiya şöbəsi, 18 avqust 2014-cü il.

 

Xəbərlər

BDU-da "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində təmizlik aksiyası

BDU-da "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində təmizlik aksiyası
18/04/2024

BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş Kitab Sərgisi keçiriləcək

BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş Kitab Sərgisi keçiriləcək
18/04/2024

BDU tələbələri Siyəzəndə ağacəkmə aksiyasında iştirak ediblər

BDU tələbələri Siyəzəndə ağacəkmə aksiyasında iştirak ediblər
18/04/2024