BDU-nun rektoru ABŞ Ədliyyə Departamentinin Xaricdə Prokurorluğun İnkişafına Yardım Proqramının Avroasiya üzrə Regional direktorunu qəbul edib

10/08/2011

Bu gün BDU-nun rektoru, akademik Abel Məhərrəmov ABŞ Ədliyyə Departamentinin Xaricdə Prokurorluğun İnkişafına Yardım Proqramının Avroasiya üzrə Regional direktoru, eyni zamanda, McGill universitetinin dosenti xanım Katerina Nyukamı qəbul edib. Məlum olub ki, qonaq Azərbaycanın hüquqşünas kadrlarını hazırlayan, zəngin ənənələrə malik təhsil ocağı olan Bakı Dövlət Universitetinin hüquq fakültəsi ilə tanış olmaq niyyətindədir.

Universitet haqqında xanım Katerina Nyukama məlumat verən rektor Abel Məhərrəmov onun beynəlxalq əlaqələrindən, ABŞ universitetləri ilə əməkdaşlıqdan, hüquq sahəsində münasibətlərin qurulmasından bəhs edib. Hüquq fakültəsində bir çox fənlərin tədrisində elmi məktəbin formalaşdığını deyən rektor, ekologiya, insan, kommersiya, beynəlxalq ekologiya, dəniz hüquqları sahəsində də elmi məktəblərin formalaşması zərurətindən danışıb. Bildirib ki, bu sahələrin daha da inkişafı üçün tələbələrin Avropa, Amerika universitetlərində təhsillərini davam etdirmələri, müəyyən müddətdə tədqiqat aparmaları və təcrübə keçmələri məqsədəuyğun olardı. Xanım Katerina Nyukam hüquq sahəsində əlaqələrin qurulması, daha da dərinləşməsi, irəli sürülən təkliflərin reallaşması üçün çalışacağını bildirib. Qarşılıqlı maraq doğuran digər məsələlərin də müzakirə edildiyi görüşdə ABŞ Ədliyyə Departamentinin Bakıdakı Rezident Hüquq Müşavıiri Erik Peterson da iştirak edib. Qonaqlar universitetlə tanış olub və yüksək təəssüratla ayrılıblar.

BDU-nun Mətbuat və İnformasiya şöbəsi, 10 avqust 2011-ci il.

 

 

Xəbərlər

BDU-da görkəmli mətnşünas və biblioqraf Salman Mümtaza həsr olunmuş elmi seminar

BDU-da görkəmli mətnşünas və biblioqraf Salman Mümtaza həsr olunmuş elmi seminar
07/05/2024

BDU-da bitkilərdə termogenez prosesinə dair tədqiqatlar aparılır

BDU-da bitkilərdə termogenez prosesinə dair tədqiqatlar aparılır
07/05/2024

BDU tələbələri informasiya təhlükəsizliyi haqqında məlumatlandırılıblar

BDU tələbələri informasiya təhlükəsizliyi haqqında məlumatlandırılıblar
07/05/2024