BDU-nun rektoru Ankara Universitetinin Texnoparkında elmi-tədqiqat işlərilə tanış olub

22/08/2022

Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyənin Ankara Universitetinin Gölbaşıda yerləşən Texnoparkında olub. Nümayəndə heyəti texnoparkda yerləşən şirkətləri ziyarət edib, onların nümayəndələri ilə danışıqlar aparıb, həyata keçirilən layihə və araşdırmalarla tanış olub.

Elmi tədqiqat əlaqələrinin genişləndirilməsi və beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə gerçəkləşən görüş çərçivəsində Türkiyə universitetlərinin elmi-tədqiqatlarının  istehsalata tətbiqi istiqamətində əldə etdiyi nailiyyətlər öyrənilib. Ankara Universitetinin bu sahədə əldə etdiyi təcrübədən BDU-da bəhrələnmək, BDU-nun Texnoparkının qurulmasında mövcud təcrübədən yararlanmaq üçün şirkətlərin Universitet ilə birgə fəaliyyəti ilə tanış olunub. Texnopark rəhbərliyi araşdırma mərkəzləri, icra olunan layihələr, icraçı şirkətlər haqqında geniş məlumat verib, müxtəlif innovativ layihələr nümayiş etdirilib. Tədqiqatlar ətrafında müzakirə aparılıb,  əməkdaşlıq perspektivləri müzakirə olunub.

Ankara Universitetinin Gölbaşı Texnoparkı 2009-cu ildən fəaliyyət göstərir. Təxminən 15 min kv.m ərazidə yerləşir. Parkda 140 ofis fəaliyyət göstərir.

Xəbərlər

BDU-nun Astrofizika kafedrası: “Payız fəsli Azərbaycana sentyabrın 23-ü saat  04:05:08-də daxil olacaq”

BDU-nun Astrofizika kafedrası: “Payız fəsli Azərbaycana sentyabrın 23-ü saat  04:05:08-də daxil olacaq”
04/09/2026

BDU-nun əməkdaşı və TGT sədri Antalyada “Gənclərin Dəyişimi Proqramı”nda

BDU-nun əməkdaşı və TGT sədri Antalyada “Gənclərin Dəyişimi Proqramı”nda
04/09/2026

BDU məzunu olan Dövlət Proqramı təqaüdçüsü: "Böyük arzular kiçik addımlardan başlayır"

BDU məzunu olan Dövlət Proqramı təqaüdçüsü: "Böyük arzular kiçik addımlardan başlayır"
04/09/2026