BDU-nun rektoru BMT-nin “Kosmik Fəzanın Sülh Məqsədləri üçün İstifadəsi üzrə Komitəsi”nin iclasında çıxış edib

11/02/2020

Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Birləşmiş Millətlər Təşkilatının (BMT) “Kosmik Fəzanın Sülh Məqsədləri üçün İstifadəsi üzrə Komitəsi”nin (KFSMİK) Elm və Texnika Altkomitəsinin (The Scientific and Technical Subcommittee of the United Nations Committee on the Peaceful Uses of Outer Space (COPUOS)) 57-ci sessiyasında iştirak edib.

İclasda “Bakı Dövlət Universiteti: elm, təhsil və innovasiya sahəsində əməkdaşlığın nailiyyətləri və perspektivləri” mövzusunda məruzə ilə çıxış edən rektor Elçin Babayev Bakı Dövlət Universitetinin 100 illik yubileyinin Təhsil Nazirliyi və BDU kollektivinin iştirakı ilə UNESCO-nun Parisdəki Baş qərargahında, Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində qeyd edildiyini də bildirib.

Rektor E. Babayev Azərbaycanda Kosmik Hava, Günəş və Günəş-Yer Əlaqələrinin Fizikası üzrə elmi-tədqiqatlar, beynəlxalq əməkdaşlıq üzrə mövcud vəziyyət və perspektivlər haqqında təqdimat edib.

Tədbir çərçivəsində Bakı Dövlət Universitetində adıçəkilən sahələr üzrə elmi-tədqiqat işlərinin aparılması və tələbə və doktorantlar sırasında kadr hazırlığının həyata keçirilməsi sahəsində potensial əməkdaşlıq imkanları da müzakirə olunub, NASA-nın səlahiyyətli nümayəndəsi Dr. Natchimuthuk Gopalswamy (Heliophysics Division of NASA's Goddard Space Flight Center), ABŞ Boston Kollecinin Elmi-Tədqiqat İnstitutunun (Institute for Scientific Research at Boston College) direktoru Dr.Patricia Doherty və BMT-nin Xarici Kosmos İşləri üzrə Ofisinin (UNOOSA) layihə rəhbəri Dr. Şərafət Qədimova ilə danışıqlar aparılıb, e-CALLİSTO elmi cihazının, həmçinin SOFİE tədqiqat və təlim cihazının (Almaniya) BDU-da quraşdırılması və tədqiqat şəbəkəsinə qoşulması barədə razılıq əldə edilib.

Qeyd edək ki, 1959-cu ildə təsis edilmiş BMT-nin kosmik sahədə hökumətlərarası orqanı olan “COPUOS” kosmik fəzanın sülh məqsədləri ilə istifadə edilməsi sahəsində beynəlxalq əməkdaşlığın miqyaslarını təhlil edir, proqramlar hazırlayır, məlumatların yayılmasına və tədqiqatlara yardım edir. Beynəlxalq kosmik hüququn inkişafına töhfə verən “COPUOS”, kosmik məkanın sülh məqsədləri ilə istifadəsi üzrə tədqiqatlarla əlaqədar meydana gələn hüquqi problemlərin müzakirə edilməsi üçün vacib beynəlxalq mexanizm hesab edilir.

Xəbərlər

BDU-nun akademik və inzibati heyətinin nəzərinə!

BDU-nun akademik və inzibati heyətinin nəzərinə!
28/03/2024

Ötən il BDU-nun Tarix fakültəsinin əməkdaşlarının 4 dərslik və 15 dərs vəsaiti dərc olunub

Ötən il BDU-nun Tarix fakültəsinin əməkdaşlarının 4 dərslik və 15 dərs vəsaiti dərc olunub
28/03/2024

BDU-nun Sosial elmlər və psixologiya fakültəsində 2024-2026-cı illərdə aparılacaq elmi tədqiqat işləri müzakirə olunub

BDU-nun Sosial elmlər və psixologiya fakültəsində 2024-2026-cı illərdə aparılacaq elmi tədqiqat işləri müzakirə olunub
28/03/2024