BDU-nun rektoru Elçin Babayev “Heydər Əliyev və Azərbaycanda təhsilin inkişafı” mövzusunda məruzə edib

14/06/2021

Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev Yasamal rayonu İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən 15 iyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbirdə iştirak edib. Rektor Elçin Babayev tədbirdə “Heydər Əliyev və Azərbaycanda təhsilin inkişafı” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə bütün həyatını xalqının xoşbəxt gələcəyinə həsr edən Ümummilli Lider Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin və çoxşaxəli fəaliyyətindən bəhs edib. Ulu Öndərimizin özünün siyasi müdrikliyi, zəngin dövlətçilik təcrübəsi, qətiyyəti və yorulmaz fəaliyyəti ilə o zaman  respublikadakı xaos və anarxiyanın, vətəndaş qarşıdurması təhlükəsinin, getdikcə dərinləşən sosial-iqtisadi böhranın, kəskin tənəzzülün qarşısının alınmasını, dövlət müstəqilliyimizin bütün təhlükələrdən xilas olmasını və ildən-ilə güclənməsini, sarsılmazlığını təmin etdiyini vurğulayıb.

E.Babayev qeyd edib ki, Ümummilli Liderin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də konkret və məqsədyönlü addımların atılması, təhsil siyasətinin etibarlı əsasının formalaşması təmin edilib. Ulu Öndər hələ respublikaya rəhbərliyinin birinci dövründə elmin, təhsilin inkişafına xüsusi diqqət yetirir, gələcəkdə müstəqil Azərbaycana bacarıqlı, peşəkar kadrların lazım olacağını priori­tet hesab edirdi. Məhz dahi liderin böyük xidmətləri sayəsində respublikada ali təhsil müəssisələrinin sayı və onların qəbul planları artırılmış, tələbə qəbulunda şəffaflıq, ədalətlilik təmin olunmuşdur. Ulu Öndərin şəxsi nüfuzu və əlaqələri hesabına yüzlərlə azərbaycanlı gənc müvafiq ixtisaslara yiyələnməsi üçün keçmiş SSRİ-nin qabaqcıl elm və təhsil mərkəzlərinə göndərilmişdir. Azərbaycanlı gənclərin hərbi peşəyə yiyələnməsi, eyni zamanda gələcəkdə müstəqil Azərbaycan Ordusunu milli ruhlu, vətənpərvər zabit korpusu ilə təmin edilməsi məqsədilə Cəmşid Naxçıvanski adına Hərbi Məktəb yaradılıb. “Təhsil millətin gələcəyidir” deyən Ulu Öndər Azərbaycana rəhbərliyinin ikinci dövründə - 1993-2003-cü illərdə də bu sahənin inkişafına xüsusi qayğı ilə yanaşmışdır. Bu illərdə Azərbaycanın təhsil sistemi təkmilləşdirilmiş və dünya təhsil sisteminə inteqrasiyası üçün geniş imkanlar yaradılmışdır.

Ulu Öndər Heydər Əliyev məzunu olduğu, qürurla “Mən fəxr edirəm ki, Bakı Dövlət Universitetinin məzunuyam” – kəlamı ilə adını, şöhrətini zirvələrə ucaltdığı, eyni zamanda, Azərbaycan xalqının, Azərbaycan Respublikasının milli sərvəti, milli iftixarı adlandırdığı Bakı Dövlət Universitetinə də hər zaman qayğı ilə yanaşmışdır. Ümummilli Liderin təhsil illəri və sonralar bu təhsil ocağı ilə sıx əlaqələri BDU-nun şanlı tarixinin bütöv bir mərhələsini təşkil edir.

Rektor Elçin Babayev vurğulayıb ki, bu gün Ümummilli Lider, dahi şəxsiyyət Heydər Əliyev siyasətinin bəhrəsidir ki, Azərbaycanda təhsil sahəsi ilə yanaşı, iqtisadiyyat, elm, mədəniyyət və digər sahələr də çox sürətlə inkişaf edir. Qürurvericidir ki, ölkəmiz öz inkişafına görə dünyanın qabaqcıl ölkələrindən birinə çevrilir. Müstəqil Azərbaycan dövlətinin banisinin axıra çatdır­maq istədiyi ən taleyüklü məsələ Qarabağ probleminin həlli, işğal altındakı torpaqlarımızın azad edilməsi idi. Müqəddəs ata vəsiyyətini şərəflə yerinə yetirən möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən Müharibəsində qazandığımız parlaq qələbə ilə xalqımızın başı dünya durduqca uca, Ulu Öndərin ruhu əbədi olaraq şad oldu.

Xəbərlər

BDU-da "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində təmizlik aksiyası

BDU-da "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində təmizlik aksiyası
18/04/2024

BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş Kitab Sərgisi keçiriləcək

BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş Kitab Sərgisi keçiriləcək
18/04/2024

BDU tələbələri Siyəzəndə ağacəkmə aksiyasında iştirak ediblər

BDU tələbələri Siyəzəndə ağacəkmə aksiyasında iştirak ediblər
18/04/2024