BDU-nun rektoru Elçin Babayev Azərbaycanın Moldovadakı səfiri ilə görüşüb

07/10/2022

Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Azərbaycanın Moldovadakı fövqəladə və səlahiyyətli səfiri Qüdsi Osmanovla görüşüb.

Rektor Elçin Babayev qonağa BDU-da tədris və elmi fəaliyyət, son illər həyata keçirilən   islahatlar prosesi barədə ətraflı məlumat verib. Qeyd edib ki, BDU beynəlxalq əlaqələrini günü-gündən inkişaf etdirir. Müxtəlif ölkələrin qabaqcıl ali təhsil müəssisələri ilə ikili diplom proqramları, əməkdaşlıq müqavilələri imzalanır. Bu baxımdan Moldovanın ali təhsil müəssisələri ilə əlaqələrin qurulması və inkişafı da BDU-nun prioritetləri sırasına daxildir.

Səfir Qüdsi Osmanov isə bu il Azərbaycan-Moldova arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd edildiyini və iki ölkə arasında əməkdaşlıq, dostluq münasibətlərinin olduğunu qeyd edib. Səfir bu münasibətləri daha da inkişaf etdirmək üçün elm və təhsil sahələri üzrə əlaqələri də intensivləşdirməyin zəruriliyinə toxunub, Moldova universitetlərinin BDU ilə əməkdaşlıqda maraqlı olduqlarını diqqətə çatdırıb.

Görüşdə BDU və Moldova universitetləri arasında əməkdaşlığın perspektivlərinə dair müzakirə aparılıb.

Xəbərlər

BDU-da akademik Həsən Əliyevə həsr olunmuş elmi seminar

BDU-da akademik Həsən Əliyevə həsr olunmuş elmi seminar
16/12/2025

Qazaxıstanın Abay Qazax Milli Pedaqoji Universitetinin magistrantları BDU-da elmi təcrübə keçiblər

Qazaxıstanın Abay Qazax Milli Pedaqoji Universitetinin magistrantları BDU-da elmi təcrübə keçiblər
15/12/2025

BDU-nun Astrofizika kafedrası: “Qış fəsli Azərbaycana dekabrın 21-i saat 19:03:01-də daxil olacaq”

BDU-nun Astrofizika kafedrası: “Qış fəsli Azərbaycana dekabrın 21-i saat 19:03:01-də daxil olacaq”
15/12/2025