BDU-nun rektoru Elçin Babayev Məşvərət Şurasının üzvləri ilə görüşüb

17/03/2022

Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Novruz bayramı münasibəti ilə Məşvərət Şurasının bir qrup üzvünü qəbul edib.

BDU-nun rektoru Universitetin qocaman alimlərini Novruz bayramı münasibəti ilə təbrik edib, onlara cansağlığı arzulayıb. Elçin Babayev BDU-nun “qızıl fond”u hesab edilən ağsaqqal alimlərin hər zaman diqqət və qayğı ilə əhatə olunduğunu, onların təcrübəsinə böyük ehtiyac duyulduğunu bildirib.

Rektor vurğulayıb ki, BDU-da geniş islahatlar həyata keçirilir. BDU-nun bütün fakültələrində dekan, kafedra müdiri seçkiləri başa çatıb. Universitetin Elmi Kitabxanasının, kadr sistemi və sənəd dövriyyəsinin elektronlaşdırılması, texniki təchizatın gücləndirilməsi işləri həyata keçirilir. Rektor yenilənmə prosesinin davamlı olacağını, bu istiqamətdə ağsaqqal alimlərdən təkliflər gözlədiyini bildirib.

Görüşdə çıxış edən ağsaqqal alimlər təbrikə görə minnətdarlıqlarını bildirib, BDU-da tədris prosesinin daha yaxşı qurulması üçün təkliflərini verib, islahatlar prosesinə dəstəklərini ifadə ediblər.

Xəbərlər

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb
30/10/2026

BDU-da təlim: “Karyera məqsədlərinin təyin edilməsi”

BDU-da təlim: “Karyera məqsədlərinin təyin edilməsi”
30/10/2026

BDU-da Ümumdünya Şəhərlər Gününə həsr olunmuş panel müzakirə keçirilib

BDU-da Ümumdünya Şəhərlər Gününə həsr olunmuş panel müzakirə keçirilib
30/10/2026