BDU-nun rektoru Elçin Babayev Qlazov Dövlət Pedaqoji İnstitutunun rektorunu qəbul edib

22/02/2022

Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Rusiya Federasiyasının Udmurtiya Respublikasının Qlazov Dövlət Pedaqoji İnstitutunun rektoru Yanina Çiqovskaya-Nazarovanı qəbul edib.

Rektor Elçin Babayev qonağa Azərbaycanın ən böyük və qədim universiteti olan BDU haqqında məlumat verib. Qeyd edib ki, 1919-cu ildə yaradılan BDU 16 fakültə, 120 kafedra, 3 elmi mərkəzi, 20 elmi-tədqiqat laboratoriyası, 2 elmi-tədqiqat institutu, 1 kollec və 1 liseyi özündə birləşdirir. E. Babayev son illər universitetin beynəlxalq əlaqələrinin daha da gücləndiyini, artıq 8 ölkə ilə ikili diplom proqramlarının həyata keçirildiyini xatırladıb. Hazırda BDU-da 1 beynəlxalq kafedra – İnsan hüquqları və informasiya hüququ üzrə UNESCO kafedrası, 2 beynəlxalq institut – Konfutsi İnstitutu (Çin) və Bakı King Sejong İnstitutu (Koreya) və 3 beynəlxalq mərkəz - Abay Kunanbayev adına Qazax Mərkəzi, Azərbaycan-Koreya İnformasiya Təminatı Mərkəzi, Rus Mərkəzi fəaliyyət göstərdiyini vurğulayıb.

Qlazov Dövlət Pedaqoji İnstitutunun rektoru Yanina Çiqovskaya-Nazarova isə qeyd edib ki, rəhbərlik etdiyi təhsil ocağı Rusiyada müəllim hazırlığını həyata keçirən əsas ali məktəblərdəndir. O, Azərbaycanın ali məktəbləri ilə sıx əlaqələrin qurulmasında maraqlı  olduğunu vurğulayıb.

Görüşdə BDU və Qlazov Dövlət Pedaqoji İnstitutu arasında əməkdaşlığın perspektivləri müzakirə olunub.

 

Xəbərlər

BDU kollektivi Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib

BDU kollektivi Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib
10/12/2025

BDU-nun əcnəbi tələbəsi “Huawei İKT Müsabiqəsi”nin milli imtahan mərhələsinə vəsiqə qazanıb

BDU-nun əcnəbi tələbəsi “Huawei İKT Müsabiqəsi”nin milli imtahan mərhələsinə vəsiqə qazanıb
10/12/2025

BDU könüllüləri “Suveren Azərbaycan” İntellektual Könüllülər Liqasının qalibi olub

BDU könüllüləri “Suveren Azərbaycan” İntellektual Könüllülər Liqasının qalibi olub
10/12/2025