BDU-nun rektoru “Gənc istedadlar” liseyini medalla bitirən məzunlarla görüşüb

03/08/2021

Bu gün Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev BDU-nun nəzdində “Gənc istedadlar” liseyini qızıl və gümüş medalla bitirmiş məzunlarla görüşüb.

Rektor Elçin Babayev liseydə təhsillərini müvəffəqiyyətlə başa vurmaları və medallara layiq görülmələri münasibətilə məzunları təbrik edib, gələcək təhsillərində uğurlar arzulayıb. BDU-nun nəzdində “Gənc istedadlar” liseyində şagirdlərin hərtərəfli biliklərə yiyələnməsi üçün yaradılmış şəraitdən, lisey şagirdlərinin Respublika və dünya olimpiada və müsabiqələrində əldə etdikləri nəticələr haqqında söz açıb. Bildirib ki, bu il liseyi 11 nəfər - 9 nəfər qızıl, 2 nəfər gümüş medalla bitirir. “Gənc istedadlar” liseyi ölkə üzrə məzunları ən çox medala layiq görülən üçüncü məktəbdir.

2020/2021-ci tədris ilində “Sabahın alimləri” onuncu Respublika müsabiqəsində liseyin 21 şagirdi Kompüter elmləri, Kimya, Riyaziyyat, Fizika və astronomiya, Biologiya, Ekologiya, ətraf mühitin idarə olunması kimi sahələr üzrə müxtəlif mövzularda layihələrlə çıxış etmiş və 3 layihə 1-ci yerə, 5 layihə 2-ci yerə, 3 layihə 3-cü yerə və 1 layihə isə xüsusi mükafata layiq görülüb. Liseyin 10-cu sinif şagirdi Nəriman Şirinli məktəblilərin 53-cü Beynəlxalq Kimya Olimpiadasında (IChO) bürünc medala layiq görülüb.

Daha sonra BDU-nun sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev, “Gənc istedadlar” liseyinin direktoru Arif Bağırov,  direktor müavini Rəfiyyə Cəbrayılova çıxış edərək məzunlara uğurlar arzulayıblar.

Görüşün sonunda rektor liseyi medalla bitirmiş məzunlara təşəkkürnamə və hədiyyələr təqdim edib.

Xəbərlər

BDU-da Qazaxıstanın məşhur “Turan” ansamblının mühazirə-konserti keçirilib

BDU-da Qazaxıstanın məşhur “Turan” ansamblının mühazirə-konserti keçirilib
16/05/2026

BDU və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təşkilatçılığı ilə “Bakı Şəhərsalma Həftəsi 2026” çərçivəsində beynəlxalq konfrans keçirilir

BDU və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təşkilatçılığı ilə “Bakı Şəhərsalma Həftəsi 2026” çərçivəsində beynəlxalq konfrans keçirilir
15/05/2026

BDU ilə Azərbaycan Memarlıq və İnşaat Universiteti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb

BDU ilə Azərbaycan Memarlıq və İnşaat Universiteti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb
15/05/2026