BDU-nun rektoru gənc istedadlarla görüşüb

30/07/2021

Bu gün Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev BDU-nun nəzdində “Gənc istedadlar” liseyinə qəbul imtahanlarında ən yüksək nəticə göstərmiş 10 şagird və onların valideynləri ilə görüşüb.
Rektor liseyə qəbul imtahanlarında yüksək nəticə göstərmələri münasibətilə şagirdləri təbrik edib, təhsillərində uğurlar arzulayıb. BDU-nun nəzdində “Gənc istedadlar” liseyində şagirdlərin hərtərəfli biliklərə yiyələnməsi üçün yaradılmış şəraitdən, lisey şagirdlərinin Respublika və dünya olimpiada və müsabiqələrində əldə etdikləri nəticələr haqqında söz açıb. Bildirib ki, cari ildə liiseyin şagirdləri Respublika və dünya olimpiadalarında 10 medal qazanmışdır, bunlardan 2-si qızıl, 2-si gümüş, 6-sı bürüncdür.  “Sabahın alimləri” onuncu Respublika müsabiqəsində liseyin 21 şagirdi Kompüter elmləri, Kimya, Riyaziyyat, Fizika və astronomiya, Biologiya, Ekologiya, ətraf mühitin idarə olunması kimi sahələr üzrə müxtəlif mövzularda layihələrlə çıxış etmiş və 3 layihə 1-ci yerə, 5 layihə 2-ci yerə, 3 layihə 3-cü yerə və 1 layihə isə xüsusi mükafata layiq görülmüşdür.  Bu il liseyi 9 şagirdimiz qızıl və 2 şagirdimiz gümüş medalla bitirmişdir. Rektor liseyə yeni qəbul olunmuş şagirdlərin də liseyin bu ənənələrini davam etdirəcəyinə əminliyini bildirmişdir.   
Daha sonra rektorun elm və təhsil üzrə müşaviri Aydın Kazımzadə, “Gənc istedadlar” liseyinin direktoru Arif Bağırov, direktor müavini Rəfiyyə Cəbrayılova çıxış edərək şagirdləri təbrik etmişdir. Görüşdə iştirak edən valideynlər qəbul imtahanlarının şəffaf keçirilməsi, şagirdlərin öz biliklərini nümayiş etdirə bilməsi üçün yaradılan şəraitə görə Universitet rəhbərliyinə öz təşəkkürlərini bildirmişdir.
Görüşün sonunda rektor ən yüksək nəticə göstərmiş şagirdlərə təşəkkürnamə və hədiyyələr təqdim etmişdir.


 

Xəbərlər

Görkəmli uşaq şairi Zahid Xəlil BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdləri ilə görüşüb

Görkəmli uşaq şairi Zahid Xəlil BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdləri ilə görüşüb
06/04/2026

BDU-nun Biologiya fakültəsində duzluluq stresinin bitkilərə təsiri tədqiq olunur

BDU-nun Biologiya fakültəsində duzluluq stresinin bitkilərə təsiri tədqiq olunur  
06/04/2026

BDU-nun komandası Özbəkistanda keçirilən beynəlxalq kibertəhlükəsizlik yarışında uğurla iştirak edib

BDU-nun komandası Özbəkistanda keçirilən beynəlxalq kibertəhlükəsizlik yarışında uğurla iştirak edib
06/04/2026