BDU-nun rektoru İslamabadda Azərbaycanın Pakistandakı səfirliyində olub

14/03/2025

Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Pakistan İslam Respublikasına səfəri çərçivəsində Azərbaycanın Pakistandakı fövqəladə və səlahiyyətli səfiri Xəzər Fərhadov ilə görüşüb.

Görüş zamanı BDU-nun Pakistanın aparıcı universitetləri ilə elmi və akademik əməkdaşlığının genişləndirilməsi, birgə tədqiqatların aparılması və tələbə-müəllim mübadilə proqramlarının həyata keçirilməsi məsələləri müzakirə edilib. Həmçinin, Pakistanın ali təhsil müəssisələri ilə imzalanan mövcud əməkdaşlıq sazişlərinin icra vəziyyəti və yeni imkanların araşdırılması barədə fikir mübadiləsi aparılıb.

Rektor Elçin Babayev Azərbaycanın Pakistanla qardaşlıq münasibətlərinin təhsil, elm və mədəniyyət sahələrində də uğurla inkişaf etdiyini vurğulayaraq, bu istiqamətdə BDU-nun təşəbbüslərini diqqətə çatdırıb. O, Pakistan universitetləri ilə birgə beynəlxalq layihələrə qoşulmaq, tədqiqat konsorsiumları yaratmaq, müştərək konfranslar və mədəni tədbirlər təşkil etmək niyyətində olduqlarını bildirib.

Səfir Xəzər Fərhadov isə təhsil, elm və mədəniyyət sahələrində əməkdaşlığın Azərbaycan-Pakistan münasibətlərinin mühüm istiqamətlərindən biri olduğunu qeyd edib və bu əlaqələrin daha da dərinləşdirilməsi üçün səfirliyin lazımi dəstəyi göstərəcəyini bildirib. O, həmçinin Pakistan universitetlərinin BDU ilə əlaqələrinin daha da inkişaf etdirilməsi üçün səylərin artırılmasının əhəmiyyətini vurğulayıb.

Görüş qarşılıqlı maraq doğuran digər məsələlərin müzakirəsi ilə davam edib və gələcək əməkdaşlığa dair konkret addımların atılması barədə razılıq əldə olunub.

Bakı Dövlət Universiteti beynəlxalq əlaqələrini genişləndirmək, elmi-innovativ və mədəni sahələrdə yeni tərəfdaşlıqlar qurmaq və qlobal elmi-mədəni mühitdə daha fəal iştirak etmək məqsədilə fəaliyyətini davam etdirir.

Xəbərlər

İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciəti

İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciəti
01/01/2026

BDU-nun professoru Mikayıl Cəfərov vəfat edib

BDU-nun professoru Mikayıl Cəfərov vəfat edib BDU-nun professoru Mikayıl Cəfərov vəfat edib BDU-nun professoru Mikayıl Cəfərov vəfat edib
01/01/2026

Milli birlik və həmrəylik bayramı

Milli birlik və həmrəylik bayramı
31/12/2025