BDU-nun Şərqşünaslıq fakültəsində şəhid Xudayar Yusifzadənin xatirəsinə həsr olunmuş tədbir keçirib

16/03/2021

Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsi Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə Vətən müharibəsi iştirakçıları və qazilərin iştirakı ilə, şəhid Xudayar Yusifzadənin əziz xatirəsinə həsr olunmuş “Qalib xalqın şanlı ordusu”  adlı onlayn tədbir keçirib.

Tədbirdə Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Fakültənin dekan müavini Şahin Yusiflinin tədbiri giriş sözü ilə açaraq Vətən müharibəsində qazanılan parlaq qələbədən, rəşadətli Azərbaycan ordusunun göstərdiyi şücaətdən söz açıb, müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun torpaqlarımızı işğaldan azad etməklə 30 illik Vətən həsrətinə son qoyulduğunu vurğulayıb. Ş.Yusifli Vətən müharibəsi dövründə Bakı Dövlət Universitetinin çoxminli kollektivinin düşmən qarşı informasiya cəbhəsində mübarizəsindən, qazilərlə görüşlərin təşkilinin əhəmiyyəti və mütəmadi olaraq təşkilinin vacibliyindən danışıb.

Tədbir Vətən müharibəsi iştirakçıları - qazilərin çıxışları ilə davam edib. Vətən müharibəsi qazisi baş leytenant Pərvin Abdullayev müharibənin gedişi, müharibə dövründə şəxsi heyətin əhval ruhiyyəsi, xalq və ordu həmrəyliyindən bəhs edib, müharibə iştirakçısı qalib əsgər kimi xatirələrini bölüşüb. Kəşfiyyatçı, baş leytenantı Kamil Musəvi Vətən müharibəsi dövründə ordumuzun uğurları, xalqın ordu və ölkə başçısı ətrafında tək yumruqda birləşməsi, Azərbaycan əsgərinin şücaət və qəhrəmanlığından söz açıb.

Sonra Şərqşünaslıq fakültəsinin baş müəllimi Aygün Aslan, dosent Bilqeyis Quliyeva, BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov çıxış edərək qazilərə öz təşəkkürlərini bildirib, onlara xalqımız qarşısında böyük xidmət göstərdiklərini vurğulayıblar.

Xəbərlər

Görkəmli ədəbiyyatşünas, şair, müəllim

Görkəmli ədəbiyyatşünas, şair, müəllim
08/05/2025

BDU-da “Ekoloji cinayətlərlə mübarizə: hüquqi və təşkilati yanaşmalar” mövzusunda maarifləndirici tədbir

BDU-da “Ekoloji cinayətlərlə mübarizə: hüquqi və təşkilati yanaşmalar” mövzusunda maarifləndirici tədbir
08/05/2025

BDU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş Respublika elmi konfransı

BDU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş Respublika elmi konfransı
08/05/2025